“...İlin sonuna kimi sülh müqaviləsi imzalana bilər"
Yusif Nəzərli
09:34 29.09.2022
Aktual
573
“Brüsseldə nəzərə alınmış razılaşmalar həyata keçirilərsə saziş reallaşar, amma...”
“...ABŞ və Rusiya sülh sazişinin imzalanması məsələsini rəqabət meydanına çevirməyə çalışır. "Bu, çox təhlükəli prosesdir”
Sentyabrın 27-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. Görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. Vurğulanıb ki, əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir:
"Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər haqda məsələlər müzakirə olunub”. Son günlər Ermənistan təxribatçı mövqe sərgiləyir və danışıqlarda müsbət nəticə əldə olunmasına imkan vermir. Belə məqamda Qərb ölkələrinin xüsusi aktivliyi də müşahidə olunmaqdadır. Baş nazir Nikol Paşinyanın Fransaya getdiyi vaxtda Qriqoryan da ABŞ-a səfər edir və Azərbaycan rəsmisi ilə görüşür, müəyyən müzakirələr aparılır. Təbii ki, rəsmi Bakı üçün əsas məsələ ABŞ-ın vasitəçiliyi ilə reallaşan təmasların hansısa nəticə verib-verməyəcəyidir. Digər mühüm məqam isə Rusiyanın Qərbin vasitəçiliyinin önünə yenidən sədd çəkməsi ilə bağlıdır.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulmuş öhdəliklərin icrasından boyun qaçırır. Partiya rəsmisinin sözlərinə görə, erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb:
"Ermənistan kommunikasiya xətlərinin, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də İrəvan vaxt uzatmaqla məşğuldur. Bununla yanaşı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair ötən ayın sonunda keçirilən 4-cü Brüssel görüşündə bir sıra mühüm razılaşmalar əldə olunub. İlk baxışdan hər şey normal görünür və prosesin irəliləyə biləcəyini söyləmək olar. Paralel olaraq sərhədlərin delimitasiyası üzrə işçi qrupları noyabr ayında Brüsseldə görüşəcək. Brüssel görüşündə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı irəliləyişə nail olunacağına ümidlər var. Əgər bütün bu işlər normal qaydada getsə, noyabrda Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderlərinin növbəti üçtərəfli görüşü baş tuta bilər".
S.Əsədli vurğulayıb ki, ABŞ və Rusiya sülh sazişinin imzalanması məsələsini rəqabət meydanına çevirməyə çalışırlar:
"Bu, çox təhlükəli prosesdir. Ümid edilən sülh sazişi iki xalqın iradəsini əks etdirən bir qərar olmalıdır. Üçüncü dövlətin bu məsələdə öz israrını yeritməyə çalışması, özünün strateji maraqlarının yeridilməsi ilə bağlıdır. ABŞ və Rusiyanın bir-biri ilə rəqabəti sözsüz ki, sülhyaratma prosesinin gedişinə mane olan əsas cəhətlərdən birinə çevrilib. Hər halda hər iki dövlətin siyasi liderlərinin, xüsusən də Ermənistan rəhbərliyinin tərəddüdləri olmazsa, Brüsseldə nəzərə alınmış razılaşmalar həyata keçirsə, ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə