İlk görüşdən könüllərə hopan adam - Araz Zeynalov - "Ötürdüyü işıqdan ümidlərim cücərmişdi"
Yusif Nəzərli
14:30 05.08.2022
Aktual
685
Xəbəri eşidənnən bəri naməlum, məchul bir qüvvə məni cəmi bircə dəfə görüşdüyüm adamın itkisindən yazmağa təhrik edir. Dünən dünyasını dəyişən Araz müəllimi deyirəm,-jurnalist Araz Zeynalovu. Onu mənimlə Səbuhi Sədəf tanış edib, zəng vurdu ki, gəl "Göy-göl"ə Araz müəllimlə tanış edim səni. Yadıma düşdü ki, cümə günüdür, xeyli müddətdir ki, bu, iki yoldaş həftənin son iş gününü belə yola salıb, istirahət günlərini belə qarşılayırlar. Yorğunuydum, elə də həvəsli getmədim. "Space" tv-nin arxasında, ağaclıqlar içindəki "Göy-Göl" kafesində çox olmuşdum.
Bu məkanla da Səbuhi tanış edib məni. Gəncəli iki qardaşın binanın alt mərtəbəsində əl-ələ verib çalışdıqları bu yeməkxana daimi müştərilərinin məbədinə çevrilib, eyni adamları burda görməyə alışmışdım . Foye-zalda masalardan birinin arxasında çal saçları iki hissəyə daranıb ayrılmış, səliqəli görkəmdə ortayaşlı bir kişi təkcə yeyib-içirdi. Fikirləşdim, yeni müştəridir, çünki ilk dəfə görürdüm burda. Onun tənhalığı canımı biraz da sıxdı. Həmin axşam "Göy-Göl" daha həzin, daha hüznlüydü. Səyavuşun şövqlü səsi diqqətimi yayındırdı bu kədərli mənzərədən.
-Xoş gəlmisən, qadan alım. Səbuhigil üçüncü kabinetdədirlər. Keç otur, sənə yarım doyğa verim, kefin desin.
Anladım ki, yorğun görünüşümə "redaktələr" eləməliyəm, ancaq Səyavuşun öz gəncəli ləhcəsiylə dovğaya "doyğa" deməsi qırımımı açmışdı artıq.
Səyavuşun göstərdiyi üçüncü kabinetə keçib ilk Səbuhi ilə görüşüb qucaqlaşdıq, sonra Araz müəllim də ayağa qalxıb doğması kimi bağrına basdı məni- ilk dəfə gördüyü adamı. Üçüncü adam da varıydı masada. Araz müəllimin qohumu, həm də tanınmış geoloquydu. Təbii, onunla sadəcə əl tutduq. O axşam geologiya və mineralogiyayadan tutmuş jurnalistikaya qədər çox şeydən danışdıq, ancaq, heç biri təfərrüatıyla yadımda qalmayıb, təəssüf. Yadımda qalanlar Səyavuşun "doyğa"sından sonra pomidor qızartmasıyla kotlet, bir də Araz müəllimin tez-tez ironik tərzdə kiməsə "idiot" deməsiydi. Ayrılanda Araz müəllimin portretini ürəyimdə "çəkmişdim" artıq. Ötürdüyü istilikdən, işıqdan arzularım yaşıllaşmışdı, ümidlərim cücərmişdi. Maşını sürmürdüm, özü Allah umuduna gedirdi.
Səbuhi Araz müəllimin xəstələnib evə dustaq düşdüyünü ilk deyəndə də ümidli və nikbiniydim. Xəstəliyi yenəcəyinə inanırdım.
Söz vaxtına çəkər deyirlər, keçən ilin bu günlərində günorta Səbuhiylə görüşüb harasa gedirdik. Səbuhi votsapda "Göy-Göl" Səyavuşa səs göndərdi ki, menyunun şəkilini Araz müəllimə də atsın. Bunu eşidib sevindim: "Səbuhi çox şükür, deyəsən Araz müəllim sağalıb yeyib içməyə köklənib" -soruşdum.
- Yox,- qısa fasilə verib davam etdi: "Durumu qənaətbəxş deyil. İcazə vermirlər evdən çölə çıxmağa. Sadəcə bilir ki, axşam "Göy-Göl"də olacam, menyunu incələyir və bir azdan təxminən belə bir mesaj göndərəcək: "Səbuhi, baxdım menyuya. Sənin yerində olsam, zirinclə qovrulmuş dana əti sifariş verərdim axşama".
Cavabdan məyus oldum və başqa heç nə soruşmadım.
Yadıma düşdü ki, bu gün cümə günüdür,- həftənin son iş günü...
Babək Məmmədli, mühəndis
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı