İnformasiya xüsusi təyinatlılarımız Xocalı və Xankəndidə: “Sülhməramlılar təlaşda...” - VİDEO
Yusif Nəzərli
13:50 07.12.2022
Aktual
886
"Azərbaycan ərazisində jurnalistlərimizə qarşı sərgilədikləri mövqeləri göstərir ki, onlardan sülhməramlı olmaz”
“Beləliklə, rus sülhməramlılarının yararsız fəaliyyəti ifşa olundu”
“Azərbaycan xalqının Xocalı və Xankəndinə yürüşünü başlatmaq zamanıdır”
"2025-ci il ərəfəsində belə məsələlər olmalıdır. Rusiya tərəfinin istəyi mandatın müddətini uzatmaqdır. Orda icra etdikləri layihələr var, zəmanət almağa çalışırlar".
Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidməti, Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyib.
O bildirib ki, sülhməramlıların özbaşına addımları 2020-ci ildə dəfn edilmiş "Dağlıq Qarabağ" anlayışını yenidən dirçəltməyə, həyat verməyə səy göstərməklərinin tərkib hissəsidir:
"Azərbaycan ərazisində jurnalistlərimizə qarşı sərgilədikləri mövqeləri göstərir ki, onlardan sülhməramlı olmaz. Azərbaycan informasiya xüsusi təyinatlılarının Xocalıya, Xankəndinə gedişi idi. Onların bundan çox qorxduğu, təlaşa düşdükləri ortaya çıxdı. Beləliklə, rus sülhməramlılarının yararsız fəaliyyəti ifşa olundu. Azərbaycan xalqının Xocalı və Xankəndinə yürüşünü başlatmaq zamanıdır. Ölkə rəhbəri müvafiq addımlar atır.
Bölgəyə isə İran, Gürcüstan, Ermənistan və digər müxtəlif ölkələrdən kimliyi bəlli olmayan şəxslər gəlirlər. Bəlkə onlar terrorçudurlar".
Qeyd edək ki, Azərbaycanın Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı İTV-nin jurnalistinə mane olmaq istəyib. Bu barədə İTV-nin bölgəyə ezam olunmuş jurnalisti bildirib. O bildirib ki, Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkov Azərbaycan ərazilərinə keçməyə icazə verməyib. Jurnalist sülhməramlılara, “bura sizin ərazi deyil” sözləri ilə cavab verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm