İran dünyanın “gözündən düşdü” – “Son terrakt bu ölkənin etibarsız...”
Yusif Nəzərli
11:46 01.02.2023
Aktual
534
UNESCO rəhbərliyi Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.
Bu barədə UNESCO rəhbərliyinin Azərbaycanın təşkilat yanındakı Daimi nümayəndəliyinə ünvanlandığı rəsmi məktubda bildirilib.
UNESCO-nun Baş direktorunun adından göndərilən məktubda Azərbaycan hökumətinə və xalqına rəğbət ifadə olunaraq başsağlığı ifadə edilib. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verilib və xəsarət alanların tezliklə sağalması dilənilib.
BMT-nin Azərbaycanın və onun xalqının yanında olduğu bildirilərək, indiki çətin vəziyyətdə diplomatik missiyaya qarşı belə aktların qadağan olduğu vurğulanıb. Məktubda, həmçinin qeyd edilib ki, Azərbaycan UNESCO Katibliyinin dəstəyinə tam əmin ola bilər.
Məsələni "Sherg.az"a dəyərləndirən Türkiyəli politoloq Abdullah Ağar bildirib ki, UNESCO və BMT-nin Azərbaycanı dəstəkləməsi təbiidir:
"Çünki Vyana konvensiyasında yazılıb ki, ərazisində yerləşən diplomatik korpusların qorunmasına görə hər bir ölkə öhdəlik daşıyır. Yəni öhdəlik İranda olduğu üçün BMT və UNESCO kəşfiyyat cəhətdən hər zaman özünü önə çıxardan İranda belə bir hadisənin olmasını qınayır. Bu hadisə həm də rəsmi Tehran üçün böyük etibarsızlıq problemi yaratdı. Eyni zamanda beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi məsələsi də var. Ona görə də BMT və UNESCO-nun rəsmi Bakını dəstəkləməsi və İrana güvənməməsi təkcə Azərbaycanla bağlı deyil. Təhlükəsizlik probleminin olması həm də İranda olan beynəlxalq təşkilatlar və BMT üçün təşvişə səbəb olur. Belə olduqda isə UNESCO və BMT təbii olaraq sərt tövr sərgiləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual