"İran Səfirliyinin dostu" olan 60 azərbaycanlı jurnalist kimdir - Baş redaktordan SENSASİON
Yusif Nəzərli
10:06 31.01.2023
Aktual
646
Elçin Mirzəbəyli
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru
Təəssüf ki, hələ də ölkə mediasında “İran” adlanan ölkənin kütləvi təbliğat vasitələrinə və onların müxtəlif domen adları altında Azərbaycandilli “törəmə” saytlarına istinadla feyk xəbərlər, təxribat xarakterli məlumatlar yayımlanır. Narahatlıq doğuran məqamlardan biri də belə xəbərləri tirajlayan media resurslarının arasında təcrübəli, peşəkar həmkarlarımızın rəhbərlik etdiyi, yaxud çalışdığı təsisatların yer almasıdır.
Mənə görə, hətta son terror hadisəsi baş verməsəydi belə, İranla bağlı, xüsusilə də bu ölkənin Azərbaycana, Türkiyəyə və bütövlükdə regiona yönəlik siyasətini ifadə edən xəbərləri təhlil etmədən, araşdırmadan yaymaq, molla rejiminin təbliğat-təxribat resurslarına istinad etmək olmazdı. İran tərəfinin yaydığı xəbərlər, yaxud hansısa digər kontentlər ciddi şəkildə təhlil edildikdən sonra, həm də yalnız analitik yazının tərkib hissəsi kimi istifadəyə yararlı ola bilər. Bunu başa düşmək bir o qədər çətindir? İranın təbliğat maşını bir neçə gündür ki, terror aktını ən müxtəlif formalarda, çoxsaylı manipulyasiyalarla məişət hadisəsi kimi təqdim etmək istəyir. Peşəkar media molla rejiminin sosial platformalardakı cəsus şəbəkəsinin və onların informasiya manipulyasiyalarına aldanan bəzi şəxslərin yaydığı feyk xəbərlərin, təxribat xarakterli məlumatların qarşısını almaq əvəzinə, Tehranın təbliğat-təxribat kontentlərinə istinad edir. Ayıbdır, ayıb! Bunu bilərəkdən edirsinizsə, deməli Vətən xainisiniz! Yox, əgər bilərəkdən etmirsinizsə, niyyətiniz gündəmdə olan mövzu ilə bağlı daha çox xəbər yaymaqdırsa, o zaman bu qəbildən olan “xəbər”lərin mənbəyini ciddi şəkildə araşdırın, peşəkar analitiklərlə, ekspertlərlə məsləhətləşin və onlar sizə təmənnasız, tərəddüd etmədən yardım göstərəcəklər.
Son olaraq, bir məqamı da qeyd etməyi vacib sayıram: “İran” adlanan ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin ölkəmizdəki media resursları ilə daim əlaqədə olmaq üçün yaratdığı vatsap qrupu var. Yanılmıramsa, “İran səfirliyinin dostları” adlanır.
Terror aksiyasından sonra bəzi həmkarlarımız bu qrupu tərk edib, amma hələ də 60-dan çox media resursunun təmsilçisi “İran səfirliyinin dostu” olmaqda davam edirlər. Onlara qaniçən molla rejiminin hakimiyyəti qəsb etdiyi günün ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvətnamələr də göndərilib və məmnuniyyətlə qəbul ediblər. Doğrusu, ilk dəfədir ki, söz üçün aciz qalıram və nə yazacağımı bilmirəm. “İran” adlanan ölkənin Azərbaycandakı nümayəndəliyinin, yəni molla rejiminin təmsilçilərinin dostu olanlar heç bir halda Azərbaycanın dostu deyillər və ola da bilməzlər. Bu baxımdan, “cənab” və “cənabə”lər, mövqeyinizi müəyyənləşdirin və ya Azərbaycanın dostu olun, ya da İranın...
Düşünürəm ki, molla rejiminin Azərbaycan mediasındakı və sosial platformalardakı “azərbaycanlı” şəbəkəsi ilə bağlı ciddi araşdırma aparılmalıdır. Onların bir çoxu, molla rejiminin diplomatik təmsilçiliyinin dəvəti ilə bir, yaxud bir neçə dəfə “İran” adlanan ölkədə səfərdə olublar. Bəzilərinə müxtəlif hədiyyələr verilib, özlərinin, yaxınlarının müalicəsinə və digər problemlərinin həllinə yardım göstərilib. Molla rejiminin əlində bəzi media nümayəndələri ilə bağlı kompramatların olması və onların davamlı şantaja məruz qalmaları da mümkündür.
İranın ideoloji zəhərini ölkə mediasının “qan damarlarından” çəkib çıxarmaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman