İranda güclü zəlzələ oldu

İranın şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Təkanlar Bakı vaxtı ilə 08:29-da qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri isə Xorasan-Rəzəvi əyalətində olub.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.