İrəvandan imtina...
Yusif Nəzərli
08:10 15.04.2022
Aktual
599
Xankəndidəki terrorçu rejim Moskvaya sığınmaq istəyir
Asif Nərimanlı: "Qarabağda Azərbaycanın suverenliyinə qarşı açıq oynamaq Cənubi Qafqazda Rusiyanın da maraqlarının nəzərə alındığı şəraiti kökündən dəyişdirə bilər"
Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağın “statusu”nun arxa plana keçdiyi və Azərbaycanla sülh sazişini bağlamağa məcbur olduqları açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejim təcili “toplantı” keçirib. Məqsəd İrəvana etiraz etmək və “status” iddiasının gündəmdən çıxmasına imkan verməməkdir. Baş separatçı Araik Arutyunyan isə yeni “siyasət”lərini elan edib - “İrəvandan imtina, Moskvaya sığınma”. Separatçı deyib ki, hazırda de-fakto “müstəqilliklərini” qorumalı, buna de-yure nail olmağa çalışmalıdırlar. Əlavə edib ki, üç seçimləri var, ya “müstəqil” olmalı, ya Ermənistanla birləşməli, ya da Rusiya ilə birbaşa münasibətlər qurulmalıdır. Baş separatçı “mövcudluq” üçün xüsusilə üçüncü seçimin üzərində dayanıb.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, proseslər Xankəndidəki separatçı-terrorçu rejimin Moskvaya müraciət edəcəyi ehtimalını ön plana çıxarır. Analitikə görə, düz məntiqlə “müstəqillik”, yaxud “Rusiyaya birləşmək” müraciətlərinin Rusiya tərəfindən qəbul edilməsi ehtimalı azdır:
“Birincisi, Moskva “Qarabağın “müstəqilliyini” Ermənistan belə tanımır” mövqeyindən çıxış edir. İkincisi, “Rusiyaya birləşmək” həm coğrafi baxımdan mümkünsüzdür, həm də post-sovet məkanındakı digər separat bölgələrdən fərqli olaraq, Moskvanın burada “əsası” zəifdir.
“Rus icması” kartı ortaya atılsa da, Əliyevin dərhal müdaxiləsi ilə dondurulduğu görünür. Bütün bunlarla yanaşı, Qərblə körpüləri yandıran Rusiya Türkiyə və Azərbaycan faktorunu nəzərə alır. Qarabağda Azərbaycanın suverenliyinə qarşı açıq oynamaq Cənubi Qafqazda Rusiyanın da maraqlarının nəzərə alındığı şəraiti kökündən dəyişdirə bilər. Əliyevin 22 fevral tarixində Moskva gedişi də Qarabağda Donbas senarisinin təkrarlanması təhlükəsini neytrallaşdırmaq idi. Bakı risklərə qarşı siyasi və hərbi müstəvidə önləyici tədbirlər görür.
Real görünən risk Rusiyanın separatçıların mümkün “müraciəti”ndən öz maraqlarını təmin etmək üçün Azərbaycana qarşı təzyiq kartı kimi istifadə edə biləcəyidir. Hərçənd, xüsusilə Ukraynaya hücum Kremldə son günlər düz məntiqin zəif işlədiyini, yaxud işləmədiyini də göstərir.
Bu, risklərin proqnozlaşdırılmasını çətinləşdirir. Bu situasiyada yeganə yol separatçılara qarşı bütün rıçaqların işə salınması görünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya