İrəvanın Rusiyaya misilsiz yardımı üzə çıxdı
İrəvanın Rusiyaya misilsiz yardımı üzə çıxdı
Yusif Nəzərli
12:43 13.09.2023
Aktual
318
Rusiya Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları və ixrac nəzarətini dəf edib, raket istehsalını müharibədən əvvəlki səviyyələrlə müqayisədə artırdı.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” Avropa, Amerika və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
“Müharibənin əvvəlində Rusiya sanksiyalara görə raket istehsalını kəskin şəkildə azaltmaq məcburiyyətində qaldı. Lakin 2022-ci ilin sonunda hərbi sənaye istehsalı artmağa başladı. Yüksək enerji qiymətlərindən əldə edilən gəlirlər sayəsində Rusiya mikroelektronika və digər komponentləri qaçaqmalçılıq yolu ilə daşıya bildi, nəticədə hərbi istehsal nəinki bərpa olundu, hətta kəskin artdı”, - məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya istehsal üçün əsas komponentlərin çatdırılmasını daha asan olan digər ölkələr - məsələn, Ermənistan vasitəsilə əldə edib, ixrac nəzarətindən yan keçir:
“Rusiyanı əsasən müxtəlif məqsədlər üçün istifadə olunan kommersiya çiplərinə ehtiyacı olub. Tank istehsalının artırılmasına misal gətirsək, müharibədən əvvəl Rusiya ildə 100, indi isə 200 texnika istehsal edir. Bundan əlavə, Rusiya ildə iki milyon artilleriya mərmisi istehsal etməyə yaxındır. Nəticədə, Rusiya hazırda ABŞ və Avropadan daha çox sursat istehsal edir. Rusiya hərbi istehsalı Qərbi 7 dəfə üstələyir, Rusiyada istehsal xərcləri isə Qərbdəkindən daha aşağıdır. Buna baxmayaraq, Rusiya müəyyən qədər silah çatışmazlığı yaşayır - məsələn, X-55 havadan buraxılan qanadlı raketlər”.
Vurğulanır ki, Pentaqon Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməklə ona kömək etməyə çalışır:
“Lakin Ukrayna rəsmiləri deyirlər ki, onların sayı hələ də bəs etmir və müdafiə qüvvələri hansı hədəfləri qoruyacaqlarını seçmək məcburiyyətində qalırlar. Raket istehsalının artırılması Ukrayna üçün çətin qışla nəticələnə bilər, çünki Rusiya tez-tez onlardan enerji infrastrukturuna hücum etmək üçün istifadə edir, insanları işıqsız və istiliksiz qoymağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media