İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib
15:58 28.11.2021
Aktual
651
Noyabrın 28-də İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərin birinci ildönümü münasibətilə tədbir keçirilib.
Türkiyə fəaliyyət göstərən bir çox dərnək və ictimai birliklərin təşkilatçılığı, İstanbulun Maltepe Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbirdə Vətən müharibəsi qaziləri, Türkiyə qaziləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, qardaş ölkənin təqaüddə olan yüksəkrütbəli hərbçiləri və digərləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəl hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad olunub.
Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztekin moderatorluğu ilə keçirilən paneldə çıxış edən Qənirə Paşayeva, Emin Həsənli, Türkiyənin təqaüddə olan generalı Osman Qazi Kandemir, Şimali Kipr Türk Cümhuriyyətinin Ankaradakı sabiq səfiri Ahmet Zeki Bulunç otuz ilə yaxın erməni işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin tarixi, işğal dövrü ərzində bu ərazilərdə törədilən vandalizm aktları, əsrlər boyu ermənilərin azərbaycanlılara, o cümlədən türklərə qarşı törətdikləri soyqırımı aktları haqqında məlumat verib, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı Zəfərdən danışıblar.
Bildirilib ki, erməni işğalı altında olan Azərbaycan torpaqları, o cümlədən ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhəri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında cəsur hərbçilərimizin qəhrəmanlığı sayəsində azad edilib.
Cari il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi haqqında danışan çıxışçılar bu tarixi sənədin gələcək nəsillərə yol göstərdiyini vurğulayıblar.
Türkiyə-Azərbaycan münasibətləri haqqında danışan natiqlər hər iki qardaş ölkənin tarixin bütün dövrlərində bir-birinə dəstək olduğunu, dünyada analoqu olmayan bu qardaşlığın "bir millət, iki dövlət" prinsipi əsasında qurulduğunu qeyd ediblər.
Tədbir çərçivəsində İkinci Qarabağ müharibəsi və şanlı Zəfərimizi əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya