İsveçdə kriminal qruplaşmalar pulların yuyulmasına minlərlə gənci cəlb ediblər
19:36 23.11.2019
Aktual
404
İsveçdə kriminal qruplaşmalar minlərlə gənci “Swish” adlı mobil proqram əlavəsindən istifadə etməklə pulların yuyulmasına cəlb ediblər. AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, İsveçdə yaradılmış mobil proqram əlavəsinin köməyi ilə pulların yuyulmasına görə məhkum olunmuş insanların əksəriyyəti 15-25 yaşlarında gənclərdir.
Başqa insanların mobil telefon nömrələrindən istifadə etməklə, bank hesablarından pul köçürməyə imkan verən bu proqram əlavəsi adi vətəndaşlarla yanaşı ölkənin kriminal dairələrində də çox populyardır. Mövcud qanunvericiliyin pozulmasına görə mühakimə olunanların və şübhəli şəxslərin çoxu bildirib ki, kriminal qruplaşmalar onlara təzyiq göstərir, hədələyir və ya cinayət törədilməsi müqabilində pul ödəyirdilər. Bu sxem o qədər geniş yayılıb ki, hazırda İsveçdə təqribən beş min gənc pulların yuyulmasında şübhəli bilinir.
Qeyd edək ki, İsveç nağdsız hesablaşmaların həcminə görə çox vaxt dünyada ən üstün cəmiyyət hesab edilir. Krallıqda nağd pul dövriyyəsindən praktiki olaraq tamamilə imtina edildiyi üçün burada pul vəsaitlərinin elektron ödənişlərinin və köçürmələrinin müxtəlif növləri çox populyardır. Lakin İsveç polisinin bu yaxınlarda dərc edilmiş hesabatında göstərilir ki, kriminal qruplaşmalar tərəfindən belə platformalardan istifadə edilməsi faktlarının artması təşviş doğurur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya