Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində iki nəfər var
07:33 14.02.2020
Aktual
595
1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsində iki nəfər müşahidə altında saxlanılır. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.
Məlumata görə, fevralın 14-ü üçün yoluxucu xəstəliklər şöbəsində iki nəfər var.
Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı barədə daha əvvəl məlumat verilib. Xəstəxanaya yerləşdirilən ikinci şəxs isə 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tiflisə uçub. Azərbaycana avtomobillə gəlib.
Hərarəti normadan bir qədər yüksək olduğu üçün o, KTM-in yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Onların həkim müşahidələri davam edir.
Xəstəlik alovlanan ərazidən gələnlər isə məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti isə fevralın 18-də bitir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə