Komitə sədri vəzifədən gedir - YAP siyahısına düşdü...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynovanın 41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP siyahısı üzrə namizədliyinin irəli sürüldüyü iddia edilib.

Axar.az xəbər verir ki, bu barədə YAP-ın deputatlığa namizədlər siyahısı haqda yayılan qeyri-rəsmi məlumatda bildirilib.

H.Hüseynovanın deputatlığa namizədliyi qeydə alınacağı halda onun vəzifədən istefa verəcəyi gözlənilir.

Qeyd edək ki, az öncə Bakıpost.az H.Hüseynovanın YAP siyahısından deputatlığa namizəd veriləcəyi, Bahar Muradovanın isə sözügedən komitəyə sədr təyin ediləcəyi barədə məlumat yayıb.