Könül Nurullayeva: “Human Rights Watch”-un hesabatı ermənipərəst ekspertlərin fantaziyası əsasında hazırlanıb

"“Human Rights Watch” təşkilatının 2021-ci il üzrə hesabatında iddia edilir ki, guya müharibə zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb. Məsələ burasındadır ki, müharibə başa çatdıqdan sonra Azərbaycanın dəvəti ilə bölgəyə səfər edən təşkilat nümayəndələri Ermənistanın müharibə cinayətlərinin, mülki infrastrukturun dağıdıldığının şahidi olublar".
""Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, hətta bu səfərdən sonra təşkilat tərəfindən “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə də hazırlandı: "Həmin sənəddə də qeyd olundu ki, “noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri  Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Ən azı dörd ayrı hadisə zamanı mülki şəxslərin və ya mülki obyektlərin  raket hücumuna məruz qaldığı aşkarlanıb”.   Həmçinin vurğulanırdı ki, Ermənistanın arsenalında “Toçka” və “İsgəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan “WM-80” yaylım atəşi sistemləri var. Ermənistan ordusu və Dağlıq Qarabağdakı erməni hərbi qüvvələri altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məntəqələrinə dəfələrlə klastr bombları atıblar. Təəssüf doğuran budur ki, həmin hesabatda əks olunan səhih mlumatlar illik hesabata daxil edilməyib. 
Məsələ burasındadır ki, müharibə Ermənistan ərazisində baş veməyib. Bu mənada Ermənistanda 71 məktəbin hansı səbəbdən dağılması suallar yaradır.  Aydın görünür ki, bu, ya təşkilatın ermənipərəst ekspertlərinin fantaziyasıdır, ya da erməni mənbələrinin şişirdilmiş rəqəmlərdən ibarət məlumatlarından götürülüb. 
Digər bir qərəz Azərbaycan ordusunun guya “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyması” ilə bağlıdır. Belə ki, hesabatda ua BMT və AŞPA-nın əsirlərlə bağlı Azərbaycana müraciət etməsinə istinad olunur. Halbuki həm BMT, həm də AŞPA  hər iki ölkəni müharibənin fəsadlarını aradan qaldırmağa çağırıb. Ən əsas məsələ isə - Azərbaycan hərbi əsirləri hətta Ermənistandan daha əvvəl geri qaytarıb. Müharibədən sonra saxlanılanlar isə təbii ki, hərbi əsirlər hesab olunmur. Onlar birmənalı şəkildə terroçudurlar. Hətta cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib. Bu mənada HRW-un illik hesabatının heç bir əsası yoxdur".