Kritik iclas bitdi: NATO-dan Türkiyəyə dəstək gəldi
13:17 28.02.2020
Aktual
495
Türkiyənin ötən gecə İdlibə edilən hücum zamanı əsgərlərini itirməsi NATO müttəfiqlərini dərindən kədərləndirib. Bu kimi hücumları qınayırıq. Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin tələbi ilə keçirilən Alyansın fövqəladə iclasında deyib. “Bəşər Əsədin rəhbərlik etdiyi əsgərlər bu hücumu həyata keçirdilər. Bildirirəm ki, bu kimi hücumlar dayandırılmalı, beynəlxalq qanunlara əməl olunmalı və BMT-nin dəstəklədiyi sülh prosesləri davam etdirilməlidir”, - Y.Stoltenberq bildirib.
Stoltenberq 2018-ci il atəşkəsinin davam etməli olduğunu bildirib:
"Əgər davam etməzsə, humanitar böhran daha da dərinləşəcək. NATO Türkiyənin yanındadır və Türkiyəni çox qiymətli müttəfiq olaraq görür. NATO Türkiyəyə dəstəyini bir neçə fərqli formada göstərəcək. Bunlardan biri havadan müdafiə yolu olacaq. Bu da Suriyadan gələn hava hücumlarının dayandırılmasını təmin edəcək. NATO-nun cənub-şərq sərhədini qorumağa davam edəcəyik.
NATO müttəfiqləri bu gün Türkiyəyə dəstəyini təklif edir. Hava hücumundan müdafiə sistemlərini dəyişdirməyi təklif edirik. Erkən xəbərdarlıq və nəzarət uçuşları var. Ancaq NATO müttəfiqləri Türkiyəyə dəstəyini artırmaq üçün daha çox nələr edə biləcəyini araşdırmaqdadır".
Baş katibin sözlərinə görə, NATO fərqli təminatları ilə çox güclü siyasi dəstək verməkdədir:
“Bunu toplantıda da dilə gətirdik. Bölgədəki vəziyyəti yaxından izləyirik. Türkiyə də bir müttəfiq olaraq NATO-nun digər müttəfiqlərini daim məlumatlandırır. NATO müttəfiqləri bu məsələdə BMT-nin rəhbərliyi ilə sülh yolu ilə həlli dəstəkləyir. Suriya, Rusiya və Türkiyəni buna riayət etməyə çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya