Laçınlılar xüsusi coşqu və həyəcan hissilə Böyük Qayıdışa hazırlaşırlar - Partiya sədri
12:08 28.05.2023
Aktual
553
"Böyük Qayıdışa hazırlaşmanın əsas istiqamətlərindən birini də Laçın rayonu təşkil edir".
"Sherg.az"ın xəbərinə görə, bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilən bütün ərazilərində olduğu kimi Laçında da əsaslı bərpa və quruculuq işləri sürətlə aparılır:
"Prezident İlham Əliyevin verdiyi tapşırıqlar əsasında son aylarda Laçın şəhərində, Zabux və Sus kəndlərində yenidənqurma işləri daha da intensivləşib. Burada aparılan abadlaşdırma işləri çərçivəsində yol, elektrik, rabitə infrastrukturu tamamilə yenilənib, yaşayış evləri salınıb, bəzi istehsal müəssisələri yaradılıb.
Bir sözlə, keçmiş məcburi köçkün vətəndaşlarımızın yurd həsrətinə son qoyulması üçün dövlətimiz maksimum səy göstərir. Laçından olan yurddaşlarımızın böyük bir qisminin öz dədə-baba yurdlarına dönüşünə bu ayın axırı, gələn ayın əvvəllərində start veriləcəyi gözlənilir. Laçınlı dostlarımızla söhbətlərimizdən də hiss edirəm ki, indi laçınlılar xüsusi coşqu və həyəcan hissilə Böyük Qayıdışa hazırlaşırlar. Bəli, laçınlıların 30 illik yurd həsrətinin bitməsinə sayılı günlər qalıb. İnşAllah 2023-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzurdakı bütün ərazilərimizə Böyük Qayıdışa şahidlik edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm