Matviyenko rəsmi Bakıya təşəkkür etdi

Azərbaycana rus dilinə diqqətli münasibətinə görə təşəkkür edirik.

Bunu X Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışı zamanı Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.

“Rusiya-Azərbaycan əməkdaşlığında xüsusi rolu humanitar əlaqələr oynayır. Əsl unikal təhsil, elm və mədəniyyət mərkəzi Bakı Slavyan Universitetidir. Onun divarlarında rus dilinin tədqiqatı, ənənələrin və mənəvi dəyərlərin saxlanılması üçün böyük işlər aparılır”, - deyə o bildirib.