Məhərrəm Zülfüqarlı: "Bəzən icra başçılar yerlərdə özlərini mütləq hakim kimi aparırlar"
Fidan Həmişəyeva
13:19 01.11.2019
Aktual
1874
“Yeni icra başçılarının gələcəkdə nümunəvi kadr olmasını hər birimiz ürəkdən istəyirik”. Bu fikirləri Sherg.az-a açıqlamasında AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.
Onun sözlərinə görə, yaşlı və cavanlığından asılı olmayaraq hər kəsin fəaliyyətinə görə qiymət vermək lazımdır:
“Məsələn, köhnə maşına nə qədər yeni sürücü gətirilsə də həmin maşının getməsi heç kimi qane etməyəcək. Ona görə də islahatlar köklü olmalıdır. Yalnız kadr siyasəti, kadr dəyişiklikləri aparılmamalıdır. Bəzən icra başçılar yerlərdə özlərini mütləq hakim kimi aparırlar, bələdiyyələri saymırlar və onların səlahiyyətlərinə qarışırlar. Yeni və gənc icra başçılarının fəaliyyətinə isə sonra qiymət vermək olar. Düşünürəm ki, kadr islahatı ilə yanaşı həm də digər islahatları həyata keçirmək lazımdır. Yerli özünüidarə məsələlərinə, investisiyanın cəlb olunmasına ciddi fikir verilməlidir".
Ekspert bildirib ki, cənab Prezident də dəfələrlə icra başçılarından tələb edir ki, rayonlara xarici investisiya cəlb etsinlər:
"Amma icra başçıları buna əməl etmirlər. Çünki onlar özlərini müvəqqəti hesab edirlər, ancaq şəxsi maraqlarından çıxış edirlər. Əlbəttə, investisiya cəlb olunsa, işsizlik aradan qalxar, insanların firavanlığı artar. Fikrimcə, yeni təfəkkürlü kadrlara ehtiyac var. Amma Yevlax və Xaçmazın yeni icra başçılarında dediyimiz xüsusiyyətlər də ola bilər. Onların bu cür məsul vəzifədə özlərini doğrultması fəaliyyətlərindən asılıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya