Millət vəkili: Soçi Bəyanatı Ermənistan üçün son şansdır
07:26 28.11.2021
Aktual
638
Soçi görüşü bir çox məqamlara aydınlıq gətirməklə yanaşı Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində mövcud problemlərin həllini özündə ehtiva edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Üç saata yaxın davam edən görüşün Azərbaycan tərəfinin üstünlüyü ilə keçdiyini qeyd edən deputat deyib: “Görüşdə əsasən Qarabağda sabitliyin güclənməsi istiqamətində atılmalı addımlar və orada dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilib. Prezident İlham Əliyev bildirib ki, bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması, kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Dövlətimizin başçısı Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiyası məsələsinə toxunub. Bildirib ki, bu məsələ öz həllini tapmalıdır. Bu yöndə Azərbaycanın konkret mövqeyi olsa da Ermənistan tərəfi nədənsə məsələnin həllində maraqlı görünmür. Ermənistan tərəfinə edilən açıq təkliflər cavabsız qalıb. Ermənistanın baş nazirinin isə bu məsələ ilə bağlı gətirdiyi arqumentlərin heç bir əsası olmadığını dünya birliyi gördü. Çünki, bu görüş nəyinki regionun, eyni zamanda, bütün dünyanın diqqət mərkəzində olan görüşdür. Artıq dünya mediasında bu yöndə ciddi informasiyalar yayılmağa başlayıb və görüşün Azərbaycanın üstünlüyü ilə keçdiyi qeyd olunur. Buna əsas verən səbəblər isə dövlət başçılarının görüşünə dair imzaladıqları bəyanatda öz əksini tapıb. Belə ki, Bəyanatda bir daha 10 noyabr və 11 yanvar razılaşmalarının bütün bəndlərinin icra olunmasının, ardıcıllıqla yerinə yetirilməsinin, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanılması üçün birgə komissiyanın yaradılması, nəqliyyat-logistika şəbəkəsinin açılması, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyi vurğulanıb”.
Deputat Paşinyanın Soçidə məyus olduğunu, Putinin Ermənistan məsələsində yeni-strategiya həyata keçirdiyini qeyd edib: “Soçi görüşündə Rusiya Prezidenti Cənubi Qafqazın taleyi, gələcəyi ilə bağlı bütün vacib qərarları məhz Ermənistansız da verə biləcəyini əyani olaraq göstərdi. Rusiya, eyni zamanda, Ermənistanla bağlı vacib qərarların məhz Moskvadan verildiyini Qərbə nümayiş etdirdi. Kreml rəhbəri bir daha İrəvana anlatmağa çalışdı ki, Ermənistanın faktiki olaraq prosesə başqa gücləri qoşmaq istədiyini çox yaxşı anlayır və buna heç vaxt imkan verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya