Mina təmizləmə əməliyyatlarına böyük vəsait və uzun illər lazımdır
16:10 26.05.2023
Aktual
702
"Beynəlxalq konfransın əsas əhəmiyyəti odur ki, Azərbaycandakı real vəziyyət dünya ictimaiyyətinə çatdırılır"
"İki gündür, Azərbaycanda "Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfrans keçirilir. Adıçəkilən konfrans ötən gün Ağdamda, bu gün isə Bakıda baş tutub".
Bunu "Sherg.az"a Qarabağ qazisi, Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu işğaldan azad edilmiş ərazilərimizin minalarla çirkləndirilməsi barədə danışarkən deyib. O vurğulayıb ki, konfransın yekunlarına dair bəyanat da qəbul edilib:
"Azərbaycan əraziləri çox ciddi şəkildə minalarla çirkləndirilib. Hələ ki dünyanın inkişaf etmiş ölkələri bu işdə Azərbaycana dəstək vermir. Hazırda BMT və digər beynəlxalq qurumlar işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsinə lazım olan vəsaitin milyonda birini ayırırlar. Bütövlükdə dünyanın qabaqcıl dövlətləri, qurumları, donor təşkilatlarının Azərbaycanı bu məsələdə tək qoyması cəmiyyətimizi narahat edir. Mina təmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün böyük vəsait və uzun illər lazımdır. Yəni bu, bir-iki ilə həll olunası proses deyil. Konfransın əsas əhəmiyyəti Azərbaycandakı real vəziyyətin dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin minadan təmizlənmə və mövcud təhlükə ilə bağlı maarifləndirmə işi görən əsas təşkilatların rəhbərlərinin, nümayəndələrinin konfransda iştirakı ölkəmizin bu sahədə təklənməməsi, dəstək alması üçün gələcəkdə müsbət nəticələr verəcək. Analoji konfransların təşkilini davam etdirmək çox gərəklidir. ANAMA, BMT və dövlətimiz sözügedən konfransı yüksək səviyyədə hazırlayıb, həyata keçirdi".
Qeyd edək ki, Bakıda “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq humanitar konfrans başa çatıb. Konfransın yekunlarına dair bəyannamə qəbul edilib. Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İşğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. Ümumilikdə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib. Onlardan 587-si həyatını itirib. 44 günlük müharibədən sonra bu günə qədər 302 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub. Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar qoymağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb. Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm