Miqrasiya Xidmətinin rəisindən qərar – Şöbə ləğv edildi
12:37 29.12.2019
Aktual
394
“Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qərar imzalayıb.
Qərarla 3.1.1-ci yarımbənddə “vermək” sözündən sonra “və vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə həmin şəxsləri müvafiq sənədlə təmin etmək” sözləri əlavə edilib.
Qeyd edək ki, sənədin 3-cü maddəsi İdarənin vəzifələrini müəyyənləşdirir.
3.1.1-ci bəndə görə İdarə qaçqın statusu almaq niyyətində olan şəxslərin vəsatətlərini qəbul etmək, qeydiyyata almaq, qanunvericiliklə müəyyən olunmuş qaydada daxil olmuş vəsatətləri araşdırmaq və cavablandırılması üçün Xidmət rəhbərliyinə təkliflər verməlidir.
Yeni qərara görə isə İdarə həmçinin vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə həmin şəxsləri müvafiq sənədlə təmin etməlidir.
Əsasnaməyə eyni zamanda 3.1.1-1, 3.1.4-2 və 3.1.13-1-ci yarımbəndlər əlavə edilib.
Belə ki, İdarə bundan sonra qaçqın statusu almaq niyyətində olan şəxslərlə müsahibələr keçirmək və hər birinin adına şəxsi iş açmaq, onların ailə üzvləri barədə məlumatları idarədə toplamaq vəzifələrinə sahibdir.
Bununla yanaşı, Xidmətin vahid miqrasiya məlumat sistemində idarənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etməlidir.
Qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxsləri məcburi dövlət daktiloskopik qeydiyyatından keçirməlidir.
Qərarla sənədin 5.2-ci bənd ləğv edilib. Əvvəlki qərarın müvafiq bəndində göstərilirdi ki, İdarənin strukturuna 1 şöbə (Qaçqın (sığınacaq axtaran) statusunun müəyyənləşdirilməsi şöbəsi) daxildir.
V.Hüseynovun qərarına görə isə bu şöbə ləğv edilib. Şöbənin səlahiyyətləri İdarəyə verilib.
Xidmət rəisinin qərarı ilə sənədin 5.9.10-cu yarımbəndinə “hüquqi” sözündən əvvəl “mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə,” sözləri əlavə edilib.
Qeyd edək ki, bu, İdarə rəisinin müavininin vəzifəsi ilə bağlıdır. Əvvəlki qərarla İdarə rəisinin müavini yalnız hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayırdı.
İndi isə o, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə göndərilən məktubları imzalamaq səlahiyyətinə malik olacaq.
Qərar dekabrın 28-dən etibarən qüvvəyə minib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm