MTRŞ sədri: “İnternet TV-lərin lisenziya məsələsi könüllüdür”
MTRŞ sədri: “İnternet TV-lərin lisenziya məsələsi könüllüdür”
Yusif Nəzərli
10:21 10.12.2021
Aktual
455
“Televiziya və saytlarda söyüş olmamalıdır. Əvvəlki qanunlarda bu cərimələr daha sərt idi. İndiki qanunda bunu bir az yumşaltmışıq və 24 saat yayıma məhdudiyyət qoyulacaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan Hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib.
O bildirib ki, lisenziya məsələsi könüllüdür:
“Bizdə internet televiziyaların sayı çoxdur. Onlar kabel şəbəkəsinə qoşulmaq istəyir. Bunun öz tələbləri var. Bu sahədə boşluqlar mövcuddur. Bu boşluğu aradan çıxartmaq, yeni imkanlar yaratmaq üçün lisenziya məsələsi qanuna daxil edilib. Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir. Platforma yayımçısı statusu alan hər internet televiziyası peykə çıxa bilməz. Yerüstü televiziya kanallarının 85 %-i peykdən televiziya siqnalı alır. Peykdə artıq məhdudlaşdırma var”.
MTRŞ sədri qeyd edib ki, televiziya və radioda kiminsə haqqında gedən məlumata görə operativ qaydada məhkəməyə müraciət edilməlidir:
“Əks halda bu, şikayət edilə bilməyəcək. Kimsə gedib evində oturur, yadına düşür ki, 3 il əvvəl hansısa saytda, kanalda onunla bağlı nəsə məlumat getmişdi. Bu şikayət 1 ay ərzində verilə biləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm