Nazirimiz tapşırıq alıb:“Qazağın kəndlərinin qaytarılması və...”
Banuçiçək Kalbalıyeva
09:15 10.08.2021
Aktual
1037
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında dünən telefon danışığı baş tutub. Bununla bağlı Azərbaycan XİN məlumat yayıb. Nazirlər Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə əlaqədar məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə ediblər.
Tərəflər, eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məqamlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında danışıblar.
Politoloq, siyasi elmlər doktoru Cümşüd Nuriyev tərəflər arasındakı müzakirə barədə “Sherg.az”a fikir bildirdi:
“Bildiyiniz kimi, hazırda sərhədlərin delimitasiyası və demarkası prosesi gedir. Ermənistan yaxşı bilir ki, son otuz ildə işğalda saxladığı torpaqlar əslində onun deyil. İkinci bir tərəfdən, rus qoşunlarının Qazaxda yerləşməsi mütləq Azərbaycanın razılığı ilə olmalıdır. Amma hələlik belə bir razılıq yoxdur. Qazağın kəndlərinin qaytarılması isə artıq gündəmdədir. Bu barədə Ermənistan parlamentində də müzakirə edilir. Fikrimcə, nazirlər sözügedən məsələ barədə danışıblar”.
C.Nuriyev, həmçinin digər müzakirə predmetlərini də sadaladı:
“Rusiyada müxalifət partiyasının sədri Vladimir Jirinovski verdiyimiz notadan sonra yenə təxribat törətdi. O, bu dəfə də Azərbaycanın qələbəsinə kölgə salmağa cəhd etdi. Çox güman, Ceyhun Bayramov bu məqamı da unutmayıb. Eyni zamanda 11 yanvarda imzalanan üçtərəfli bəyanatın şərtlərinin icrasını da öhdəlik götürən tərəfə, yəni Moskvaya xatırladılması istisna deyil. Bütün hallarda, əlbəttə, Ceyhun Bayramov telefon danışığından əvvəl dövlət başçısından xüsusi tapşırıqlar alıb. Və onun qaldırdığı məsələlərdə də əvvəlcədən razılaşdırılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya
10 il gizlənən FETÖ üzvü ifadə verdi
09:39 06.08.2026
Region
Neft ucuzlaşmağa davam edir
09:31 06.08.2026
İqtisadiyyat
Tramp Avropa müttəfiqlərinin ordularını zəif adlandırdı
09:30 06.08.2026
Gündəm
İran ABŞ-ın mümkün hücumu halında Fars körfəzi ölkələrini hədələdi
09:24 06.08.2026
Gündəm
Dünyanın ən çox borcu olan ölkələr - Azərbaycan neçəncidir?
09:19 06.08.2026
İqtisadiyyat
Qızılın qiyməti bir unsiya üçün 4 350 dolları ötüb
09:15 06.08.2026
İqtisadiyyat
Rusiyanın ən böyük 5 neft emalı zavodunda biri vuruldu
09:10 06.08.2026
Gündəm
Politico: ABŞ və Ukrayna arasında kəşfiyyat əməkdaşlığı yaxşılaşıb
09:07 06.08.2026
Dünya
Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
08:58 06.08.2026
Gündəm
Günün qoroskopu: Riskli maliyyə addımlarından uzaq durun
08:48 06.08.2026
Sosial
“Daha 17”də yeni sima
07:51 06.08.2026
Şou