Netanyahu Yunanıstan səfərini təxirə saldı

İsrail Baş naziri Benyamin Netanyahu Qasım Süleymaninin ölümüylə əlaqədar Yunanıstana səfərini təxirə salıb.

Məlumatı İsrail baş nazirinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, bundan öncə İsrail Süleymaninin ölümüylə bağlı xüsusi xidmət orqanlarının təcili iclasını toplayıb. Rusiya, Çin, Suriya və İraq ABŞ-ın addımını kəskin tənqid edib.