Nişanlandırılan 13 yaşlı qız sosial xidmət müəssisəsinə yerləşdirildi - VİDEO
Yusif Nəzərli
03:02 17.05.2023
Aktual
502
Ötən gün özündən 24 yaş böyük dul kişi ilə nişanlandırılan qızdan yeni xəbər var.
Xezerxeber.az xəbər verir ki, 13 yaşlı qız və bacısı ailədən alınacaq.
Belə ki, uşaqlar Dövlət Qurumları tərəfindən sığınacağa yerləşdiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyevin sözlərinə görə, artıq ailə ilə söhbət edilib və baş tutan nişan pozulub:
“Uşaqlar Dövlətin himayəsinə alınıb”.
Komitə rəsmisinin sözlərinə görə, ailə Dövlət Qurumları tərəfindən nəzarətdə saxlanılacaq.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, bu gün ailə ərazi üzrə 12-ci polis bölməsinə çağırılıb, müvafiq izahatlar alınıb.
5 il ərzində məktəbə getməyən şagird ilə bağlı 213 nömrəli tam orta məktəbin direktoru Səbinə Əliyeva isə bildirib ki, uşağın təhsildən yayınması ilə bağlı valideyni ilə dəfələrlə əlaqə saxlanılsa da, heç bir müsbət nəticə əldə olunmayıb.
Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə və Rayon İcra Hakimiyyətinin nəznində yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsindən məktəbə verilən cavabda bildirilib ki, şagirdin ailə üzvləri ilə əlaqə saxlanılıb, profilaktik söhbət aparılıb, təhsildən yayınmanın aradan qaldırılması barədə xəbərdarlıq edilib. Lakin bütün bunlara baxmayaraq, şagirdin təhsildən yayınması halı davam edib.
Sonda Sosial Xidmətlər Agentliyindən bildirildi ki, artıq 13 yaşlı qız azyaşlı bacısı ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib. Orada uşaqlara sosial-psixoloji və digər xidmətlər göstəriləcək.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi