Niyaməddin Orduxanlı: "Əli İnsanov heç zaman uğur qazana bilməyəcək"
Turan
11:34 25.11.2019
Aktual
860
“Əli İnsanovun elan etdiyi “partiya”nın təşkilat komitəsinin tərkibinə baxdıqda, açıq-aşkar görünür ki, ona dəstək verənlər kimdir”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müavini, QHT rəhbəri Niyaməddin Orduxanlı deyib.
Partiya təmsilçisi bildirib ki, 15 nəfərin içində bir nəfərdən başqa demək olar ki, heç kim siyasi-ictimai həyatda tanınmır:
“5-10 nəfər nüfuzu olmayan adamları başına yığaraq “partiya” yaratdığını elan edib. Əli İnsanov hər çıxışında Qərbi azərbaycanlıların onu dəstəklədiklərini iddia edirdi. Ancaq təşkilat komitəsinin tərkibinə nəzər yetirdikdə bunun yalan olduğu üzə çıxır. Mən özüm Qərbi Azərbaycandanam və əminliklə deyirəm ki, bizdən heç kim Əli İnsanovu dəstəkləmir. Bölgə əhalisinin sevgisi və dəstəyi hər zaman əvvəlcə Ulu Öndər Heydər Əliyevə olub, indi isə cənab Prezident İlham Əliyevədir. Siyasətlə məşğul olmayan vətəndaşlar belə Ə.İnsanova rəğbət bəsləmirlər. Bu da təbiidir, çünki o adam boğazına qədər korrupsiyaya bulaşıb. Daim insanlara yuxarıdan-aşağı baxıb, onları təhqir edib. Hər zaman özünü “padşah” kimi aparıb. Səhiyyəni bərbad günə qoyub. Belə bir şəxsin Azərbaycan cəmiyyətində nüfuz qazanması qeyri-mümkündür. Əli İnsanovun ictimai şüurda çox mənfi obrazı var. Ona qarşı haqlı ikrah formalaşıb. Ə.İnsanov səhiyyə naziri olan dövrdə xəstəxanalar acınacaqlı vəziyyətdə idi. Hamısı rüşvət yuvasına çevrilmişdi. BMT-nin Azərbaycana göndərdiyi neçə milyonluq humanitar yardım məhz Əli İnsanov tərəfindən mənimsənilib. Pulsuz verilməli olan dərmanlar satılırdı”.
N.Orduxanlının sözlərinə görə, belə bir şəxsin təsis etdiyi partiyanın perspektivi yoxdur və ola da bilməz:
“Əli İnsanov heç zaman uğur qazana bilməyəcək. Onun məqsədi regional faktordan öz çirkli məqsədləri üçün istifadə etmək idi. Ancaq buna qətiyyən nail ola bilməyəcək. Sosial şəbəkədə Əli İnsanovun partiya yaratdığını elan etməsi lağlağı obyektinə çevrildi. Bu da onu göstərir ki, ictimaiyyət Ə.İnsanova ciddi yanaşmır və ona münasibəti çox kəskindir. Ümumiyyətlə, özünə hörmət edən şəxs heç vaxt ona dəstək verməz. Ətrafındakı adamlar da bir müddət sonra ondan uzaqlaşırlar. Onun hədsiz simic olduğunu, vəsait xərcləməyi xoşlamadığını etiraf edirlər. Həqiqətən də o adam ancaq rüşvət almaqla, sərvət yığmaqla məşğul olub, heç zaman kiməsə yardım etməyib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya