Oliver Varhelyi Türkiyəyə səfər edəcək

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi 5-7 sentyabrda Türkiyədə səfərdə olacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və komissar Varhelyi sentyabrın 6-da bir araya gələrək Türkiyə-Avropa İttifaqı münasibətlərini müzakirə edəcək, həmçinin bəzi regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.