"Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır"
Yusif Nəzərli
07:36 30.11.2022
Aktual
408
Qüdrət Həsənquliyev: "Siyasi proseslər, cəmiyyətimizin inkişafı bizim yeni konstitusiya qəbul etməyimizi zərurətə çevirir"
“Bütün dünya bilməlidir ki, Azərbaycan 200 il əvvəl ikiyə bölünüb” . Bu fikirləri deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili qeyd edib ki, bu günlərdə Azərbaycan Prezidenti İranın Azərbaycana qarşı düşmənçilik siyasətini pislədi. Bəyan etdi ki, biz cənubda yaşayan soydaşlarımızın hüquqlarını qoruyacağıq: "Bundan sonra İranın Azərbaycandakı səfiri İranın bayrağının üzərinə Prezidentin dəmir yumruğunu qoyaraq sosial şəbəkədə yaydı. Bu nə deməkdir? Səfir şovinist, fars-molla rejiminin adi hüquqlardan məhrum etdiyi cənubi azərbaycanlıdır. O, işarələrlə deyir ki, Ermənistandan sonra Prezidentin bir yumruğu da, bizi heç sayan, kölə etmiş, milli mənliyimizə həqarət edən fars-molla rejiminin başına dəyməlidir”.
Millət vəkili daha sonra əlavə edib ki, ABŞ-nin analitik mərkəzləri İrandakı vəziyyəti təhlil ediblər və İranın İnqilab Keşikçiləri Korpusu bir videoçarx hazırlayıb:
"Həmin videoçarxda onlar deyirlər ki, biz birinci Bakını, sonra isə Yerusəlimi azad edəcəyik. Vaxtilə də İran-İraq müharibəsində deyirdilər ki, əvvəl Kərbəlanı, sonra isə Yerusəlimi azad edəcəyik. Əslində onlar bununla İran xalqının diqqətini sosial problemlərdən yayındırmaq istəyirlər. Həmçinin farsları rejim ətrafında birləşdirməyə çalışırlar ki, baxın, əgər siz öz hüquqlarınız ətrafında mübarizə aparsanız, biz sizə demokratiya versək, hüquqlar tanısaq, o zaman bunu azərbaycanlılar üçün də etməliyik. O zaman da İranın bütövlüyünə təhlükə yaradacağıq. Ona görə də siz gərək dözəsiniz, öz hüquqlarınız ətrafında müzakirə aparmayasanız".
Q.Həsənquliyev vurğulayıb ki, Azərbaycanda dövlət quruculuğu istiqamətində atılan addımlar, siyasi proseslər, cəmiyyətimizin inkişafı bizim yeni konstitusiya qəbul etməyimizi zərurətə çevirir:
"Hesab edirəm ki, yeni konstitusiyada ilk dəyişəcəyimiz məsələ Azərbaycan dövlətinin adının dəyişdirilməsi olmalıdır. Biz Bütöv Azərbaycanın cəmi 20 faizini təşkil edirik. Ona görə də bizim Azərbaycan adına iddia etməyə haqqımız yoxdur. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki bölünmüş başqa xalqlar, məsələn, Cənubi və Şimali Koreya var. Bütün dünya bilməlidir ki, Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən ikiyə bölünüb. Yəni biz ikiyə bölünmüş bir xalqıq. Düşünürəm ki, bu həm də cənubi azərbaycanlılar üçün bir stimul olar. Buna görə də mən bu məsələni bütün ictimaiyyətin, xalqımızın, dövlət rəsmilərinin diqqətinə çatdırmağı zəruru hesab etdim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region