Prezident Donald Trampın əmrindən sonra cəmi 96 saat ərzində ABŞ ordusu İrana qarşı yeni və genişmiqyaslı hücuma başlaya bilər.
Axar.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
“Bölgədə bu cür əməliyyatlar üçün lazım olan qüvvələr artıq mövcuddur. Əgər 2026-cı ilin əvvəlində aktiv hərbi mərhələnin bitməsindən sonra amerikalılar yalnız radarları, raket mərkəzlərini və ya asanlıqla təmir edilə bilən obyektləri vururdularsa, bu dəfə zərbələrin miqyası daha böyük ola bilər”, - məlumatda qeyd olunub.
Məlumata görə, Pentaqon və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) artıq zərbələr üçün əsas hədəfləri müəyyən ediblər: İranın enerji şəbəkəsi, hərbi bazaları və nüvə kompleksləri.