Ombudsman: "Kütləvi məzarlıqlarla bağlı beynəlxalq qurumlara 18 hesabat göndərmişik, lakin reaksiya yoxdur"
08:51 22.11.2023
Aktual
347
"Azad olunan ərazilərdə tapılan kütləvi məzarlıqlarla bağlı bu günə qədər beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib edərək beynəlxalq qurum və məhkəmələrə təqdim etmişik. Azərbaycan hər zaman bütün beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşıb, onlara riayət edib. Təəssüf ki, Azərbaycana qarşı biz bu hörməti görmürük".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda keçirilən seminar çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, iki gün davam edəcək seminar-təlim beynəlxalq hüquq çərçivəsində müəyyən kateqoriyaya aid olan şəxslərin hüquqlarının müdafiəsinə həsr olunub.
Ombudsman təəssüf hissi ilə əlavə edib ki, ən çox mina terrorundan əziyyət çəkən ölkələrdən biri Azərbaycandır: "30 il ərzində bütün beynəlxalq qurumlara müraciət etməyimizə baxmayaraq, 4 minə yaxın soydaşımız haqqında hələ də məlumat ala bilməmişik. Onların arasında qadın və uşaqlar çoxluq təşkil edir. İşğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkar olunub. Bu məzarlıqlarda tapılan qalıqların üzərində işgəncə faktları təsdiqlənib. Bu günə qədər tərəfimizdən beynəlxalq meyarlara cavab verən 18 hesabat tərtib olunaraq beynəlxalq qurum və məhkəmələrə təqdim edilib. Bunlardan mina terroru və itkin düşmüş şəxslər haqqında hesabatları misal göstərə bilərəm. Hesab edirik ki, bu cür konfrans və seminarların təşkil olunması, xüsusən də Naxçıvan Muxtar Respublikasında keçirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bu konfranslar vasitəsilə biz öz haqlı mövqeyimizi daha yaxşı və bilavasitə çatdırmaq imkanı əldə etmiş oluruq".
Naxçıvanda Qərbi Azərbaycanla bağlı keçiriləcək konqres haqqında da danışan S.Əliyeva əlavə edib ki, Azərbaycanın ən ağrılı yeri bir milyona yaxın məcburi köçkün və qaçqın soydaşımızın olması idi: "Ötən əsr ərzində əzəli torpaqlarımızdan soydaşlarımız didərgin salınıb, onların fundamental hüquqları pozulub. Qərbi Azərbaycan İcmasının da təşkilatçılığı ilə keçiriləcək konqres Qərbi azərbaycanlıların səsinin dünya ictimaiyyətinə çatdırılması, onların öz doğma yurdlarına qaytarılması, hüquqlarının tanınması baxımından böyük əhəmiyyət kəsb edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncə şəhərinin Baş planı təsdiqlənib
17:47 10.03.2026
İnfrastruktur
Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir - ŞƏRH
17:37 10.03.2026
Gündəm
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
17:14 10.03.2026
Gündəm
Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək
17:07 10.03.2026
Dünya
Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
16:54 10.03.2026
Gündəm
İranın hərbi məğlubiyyəti artıq qaçılmazdır - Tofiq Zülfüqarov
16:44 10.03.2026
Region
Prezident cərimələrin icrası ilə bağlı qanunu təsdiqlədi
16:14 10.03.2026
Gündəm
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya