Oreşkin: "Bakı ilə Moskva mühüm sənədlər imzalayacaq"
10:19 22.11.2019
Aktual
495
Azərbaycan ayrı-ayrı məhsulların ixracında Rusiya bazarında liderlik mövqeyindədir. Report xəbər verir ki, bu fikirləri Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxışında bildirib.
Regionlararası forumda Rusiyanın 30 regionundan nümayəndələrin iştirak etdiyini bildirən nazirin fikrincə, bu, Azərbaycan iqtisadiyyatının Rusiyada mövqelərini möhkəmləndirməsi üçün böyük perspektivlərə malik olmasından xəbər verir.
M.Oreşkin Rusiyada iki ölkə rəhbərliyi, eləcə də idarə və müəssisələr, regionlar arasında ənənəvi dostluq əlaqələrinin yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, cari ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 26 faiz artıb. Bundan əlavə, pul köçürmələri, turizm və digər sahələrdə də əməkdaşlıq genişlənib. Rusiya rəsmisinin fikrincə, bu, həm də regionlar arasında əməkdaşlığın genişlənməsi sayəsində mümkün olub.
M.Oreşkin ikitərəfli əlaqələrin inkişafında Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin şəxsi mehriban dostluq münasibətlərinin əhəmiyyətini qeyd edib. O həmçinin dekabrda Bakıda, Azərbaycan-Rusiya Hökumətlərarası komissiyasının növbəti iclasının keçiriləcəyini, bir sıra mühüm sənədlərin imzalanacağını qeyd edib. M.Oreşkin hazırda həyata keçirilən bir sıra layihələrin, o cümlədən “SOCAR Polymer” zavodu, “Həyat Farm” birgə müəssisəsi, Azərbaycanda açılacaq Həştərxan işgüzar mərkəzi və Həştərxanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Biznes Mərkəzi, Bakı-Quba-Rusiya dördzolaqlı yolu və digər layihələrin ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya