PA-nın sektor müdiri bəzi QHT-ləri tənqid edib
Yusif Nəzərli
15:36 30.07.2022
Aktual
514
“Qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarının artırılmasına ciddi ehtiyac var”.
“Report”un Qarabağ mərkəzi xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Mingəçevir şəhərində keçirilən “QHT-lərin birinci inkişaf və mübadilə proqramı”nın açılış mərasimində bildirib.
Vüsal Quliyev qeyd edib ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, davamlılığının təmin edilməsi, təşəbbüskarlıqlarının artırılması, xarici partnyorları ilə rəqabətə girməsi üçün mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində əməli işlərə ciddi ehtiyac var:
“Əvvəlki illərdə bu istiqamətdə müəyyən fəaliyyətlər həyata keçirilsə də sistemli xarakter almamış, ehtiyaclara uyğun təşkil edilməyib. Yalnız “QHT Məktəbi” proqramı davamlılığını təmin edə bilib. Apardığımız müşahidələr göstərir ki, hər il xeyli sayda qeyri-hökumət təşkilatı yaranır. Lakin, onların böyük əksəriyyəti zəruri təlimlər almadan bu işə başlayır, kor-koranə fəaliyyət göstərirlər.
Biz bu halı onların təşkilati idarəçiliyində, layihə tərtibatlarında, yerli ehtiyacları öyrəndiklərində, layihələrin icra olunmasında və s. aydın görürük. Bəzən layihə təşəbbüsləri donor təşkilatlar tərəfindən müsbət qiymətləndirməyən QHT-lər günahı özlərində axtarmırlar. Sonradan məsələni araşdıranda məlum olur ki, QHT-nin təcrübəsizliyindən və layihələrin keyfiyyətsiz yazılışından donor haqlı qərar qəbul edib”.
PA rəsmisi bildirib ki, bu gün QHT-lərin bilik və bacarıqlarının artırılması qarşıda duran vəzifələrdən biridir:
““QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” qeyri-hökumət təşkilatları üçün gözəl fürsətdir və burada keçirilən təlimlərdən faydalanmaları onların fəaliyyəti üçün ciddi nəticələr verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət