
Parlamentari: Azərbaycan və Türkiyə Ermənistan tərəfindən real addımlar gözləyir
10:56 15.04.2025
Aktual
533
Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün də maraqsız olub. Bunu erməni jurnalist Sevak Akopyan deyib. O, Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üçün bir neçə dəfə danışıqlara başladığını vurğulayıb. Proses başladıldı, lakin davam etmədi. Ankara hər dəfə ilkin şərtlər qoyurdu, qəbul edilmədikdə geri çəkilirdi. Çünki onlar üçün əsas məsələ ilkin şərtlərin yerinə yetirilməsi idi. Bildirib ki, məsələn, 2009-cu ildəki “Futbol diplomatiyası” da belə cəhdlərdən biri idi. Lakin indi vəziyyət dəyişib, İrəvan Bakı və Ankaranın bütün şərtlərini qəbul edib. Amma yenə də normallaşma ilə bağlı heç bir addım müşahidə olunmur. Çünki Ermənistana maraq artıq itib, lazımı razılaşmalar əldə olunub. Türkiyə buna sadə bir proses kimi baxır, Ermənistan üçün isə ölüm-dirim məsələsidir.
Millət vəkili Naqif Həmzəyev “Sherg.az”a bildirib ki, Ermənistanın Ankara və Bakı ilə razılaşmaları qəbul etməsinə baxmayaraq real addımlarının olmaması bir neçə geosiyasi səbəblərlə izah oluna bilər:

"Ermənistanın regionda zəif iqtisadi və siyasi mövqeyi onun Türkiyə və Azərbaycanla münasibətlərdə daha çox güzəştə getməsinə səbəb olur. Bu isə Ermənistanın müstəliq qərar qəbul etmək qabiliyyətini məhdudlaşdırır və onun xarici siyasətində qeyri-müəyyənlik yaradır. Eyni zamanda Türkiyə və Azərbaycanın ilkin şərtlərini, xüsusilə Qarabağla bağlı məsələlər Ermənistan üçün çətinliklər formalaşdırır. Ermənistanın həmin şərtləri qəbul etməsi onun daxili siyasi sabitliyinə və ictimai dəstəyinə təsir göstərir. Ona görə də Ermənistan höküməti normallaşma prosesində daha ehtiyatlı davranır. Ermənistan Azərbaycanın şərtləri olmadan Türkiyə ilə normal əlaqələr qurmaq istəyir. Ancaq Ermənistanın Türkiyə-Azərbaycanla münasibətlərdə təxribatlar törətməsinə görə hazırda onlara qarşı maraqlar günü-gündən azalır. Çünki Ermənistan danışıqlar masasında söz versə də, daha sonra fərqli açıqlamalar ortaya qoyur. Paşinyan hökümətinin beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi və media vasitəsilə fərqli fikirlər trajlamaları Ermənistana qarşı inamı azaldıb. Ona görə də Azərbaycan və Türkiyə Ermənistan tərəfindən real addımlar gözləyir. Türkiyə qətiyyətlə bildirib ki, Azərbaycanla tam şəkildə normallaşma olmasa, Ermənistanla diplomatik münasibətlərin bərpası mümkün deyil. Ancaq buna baxmayaraq Ermənistan yenə də təxtibatçı addımlarından əl çəkmir. Ermənistan hələ də ümidlidir ki, bəlkə Türkiyə fikrindən daşınar və onlarla sərhədləri açar”.
Deputat söyləyib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkdiyini sübuta yetirmək üçün konstitusiyasında dəyişiklik etməlidir:
“Eyni zamanda Ermənistan üçtərəfli bəyanatda qeyd olunduğu kimi Zəngəzur dəhlizinin açılmasını dəstəkləməlidir, ATƏT-in Minsk qrupunun dayandırılması ilə bağlı rəsmi müraciət ünvanlamalıdır. Buna görə də sülhün imzalanması, normallaşma prosesi getdikcə zəifləyir və Türkiyənin Ermənistanla danışıqlara marağı azalır. Antalya Diplomatiya Forumunda Ermənistanın Xarici İşlər Nazirliyi tərəfindən sərgilənən mövqe də hər iki tərəfdən onlara olan münasibətləri biraz daha soyudub. Çünki gözləntilər Ermənistanın səhvini başa düşərək etiraf etməsindən ibarət idi. Lakin Ermənistan vaxt qazanmaq üçün havadarlarına güvənərək xırda bəhanələrlə Azərbaycanı və Türkiyəni narahat etməklə məşğuldur. Eyni zamanda Ermənistanda siyasi sabitliyin olmaması sülh prosesin ləngiməsinə təsir edən əsas faktorlardandır. Ermənistanda revanşist qüvvələr günü-gündən güclənir. Onları məqsədi ya Paşinyanı devirmək, ya da onu aktiv müharibəyə sürükləyərək öz mövqeylərini gücləndirməkdən ibarətdir. Nəticə etibarıyla Azərbaycan-Ermənistan arasında sülh imzalanmadığı təqdirdə Ankara İrəvan münasibətlərinin yaxşılaşması mümkünsüzdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Fransadakı iğtişaşların əsas səbəbini açıqlayıb
01:20 20.10.2026
Aktual
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region