
“Parlamentdə intonasiyanın sərtləşməsi düzgün deyil” - Professorla kobud davranıblar!
Yusif Nəzərli
16:39 05.11.2025
Aktual
115
Milli məclisin dünənki iclasında spiker Sahibə Qafarova ilə deputat Sabir Rüstəmxanlı arasında qalmaqal baş verib.
“Sherg.az” xəbər verir ki, deputat, eyni zamanda, xalq şairi olan Sabir Rüstəmxanlı fikirlərini dedikdən sonra spikerin sərt reaksiyası ilə qarşılaşıb.

S.Rüstəmxanlı “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi zamanı tənqidi fikirlər səsləndirib.
Deputat bildirib ki, əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir, onlar işsiz qalır. Millət vəkilinin sözlərinə görə, qanunlarla heç nəyi dəyişmək mümkün olmayacaq:
“Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada da heç nə yoxdur”.
Parlamentin sədri Sahibə Qafarova isə deputatın sözlərinə sərt reaksiya verib. Spiker hesab edir ki, heç bir qanun burada gurultulu qəbul olunmur:
“Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”.
Bu polemika cəmiyyət tərəfindən bir mənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əksər istifadəçi S. Qafarovanın çıxışını S.Rüstəmxanlıya qarşı hörmətsizlik kimi qiymətləndirib.
Arzuolunmaz söz dueli barədə “Sherg.az”a danışan BDU-nun professoru, tanınmış jurnalist Qulu Məhərrəmli bildirib ki, iclas zamanı Sahibə xanımın emosional şəkildə irad tutması düzgün deyil. Junalist özünün də Milli Məclisdə kobud reaksiyalarla qarşılaşdığını vurğulayıb:
“”Media haqqında” qanun təqdim edilərkən komitə sədri Əli Hüseynov mənim düşüncəmə görə, çox kobud cavab verdi”.
Q.Məhərrəmli düşünür ki, insanları dinləmək və adekvat cavab vermək lazımdır:
“Hesab edirəm ki, Milli Məclisdə intonasiyanın sərtləşməsi düzgün deyil, tamamilə yanlışdır. Bu yanaşmanı dəyişmək lazımdır”.
Çimnaz ŞAHLAR
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region