Payız depressiyası: Necə xilas olaq?
Payız depressiyası: Necə xilas olaq?
Yusif Nəzərli
10:13 15.09.2023
Aktual
563
Havaların sərinləməsi, yağışlar, günəş ziyasının getdikcə azalması, yarpaq tökümü – payızın gəlişindən xəbər verir. Bir çox insan məhz mövsüm dəyişikliyi zamanı depressiyaya qapılır, əhval-ruhiyyəsi düşür. Evə qapılmalar, tənbəllik, yorğunluq əlamətləri özünü göstərir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, mütəxəssislər bu mərhələni rahat atlatmağın yollarını açıqlayır. Onların fikrincə, mövsüm dəyişiklikləri insanların psixologiyasına təsirsiz ötüşmür. Yorğunluq isə depressiyanın ilk əlaməti ola bilər. Mütəxəssislər mövsümi depressiyaya yaxalanmamaq üçün 5 sadə üsul tövsiyə edir:
1.Yuxu saatına diqqət edin.
Vaxtlı-vaxtında yatmaq günün ritmini tutmaq üçün çox önəmlidir. Bu insanın fizioloji aktivliyini, gümrahlığı təmin edir. Yuxu saatını müəyyənləşdirmək və ona əməl edərək eyni vaxtda yatıb, eyni vaxtda oyanmağı vərdiş halına gətirmək vacibdir. Gecə saatlarında tez-tez ayılmaq yuxu pozuntusu əlamətidir və bu orqanizmin sakit dincəlməsinə mane olur. Həkimə müraciət etmək lazımdır.
2.Gəzintiyə çıxın
Gəzinti, qaçış, velosiped sürmək kimi fiziki hərəkətlər, idmanla məşğul olmaq xoşbəxtlik hormonu adlandırılan serotoninin səviyyəsini artırır. Bu səbəbdən də mövsüm dəyişikliyi zamanı açıq havada gəzmək çox faydalıdır. Özünüzü daha yaxşı, gümrah, şən əvhal-ruhiyyədə hiss edəcəksiniz.
3.Günəş şüasından faydalanın
Yay aylarında hər nə qədər gün şüasından bezsəniz də, payıza doğru günəşin qədrini bilin. Çalışın, gün şüasını bacardıqca çox qəbul edəsiniz. Hava günəşlidirsə, mütləq havaya çıxın və gün şüasının altıyla addımlayın. Payıza, qışa orqanizm üçün istilik – gün şüası depolayın. Günəşli günlərdə açıq havada olmaq mövsümi depressiyanı aradan qaldırmaqda sizə çox kömək edəcək.
4.Sosiallaşmaq zərurəti
Stressi azaltmaq istəyirsinizsə, ailə üzvləri, valideynlərlə, dostlarınızla, rəfiqələrinizlə tez-tez görüşməli, ictimaiyyət arasında daha çox vaxt keçirməlisiniz. Bu, gündəlik qayğılardan azad olmaqda, kədərli xatirələri unutmaqda, sevinib-gülməkdə sizə yardımçı olacaq.
5.Yeniliklər kəşf edin
Bu sıraya yeni tapıntılar, yeni hobbilər daxildir. Mövsüm dəyişirsə, siz də dəyişməyə can atın. Özünüzə yeni məşğuliyyət tapın. Ətrafa diqqətlə baxsanız, xeyli vasitə tapacaqsınız. Gül-çiçək və ya hər hansı ev heyvanı bəsləmək, tikiş, toxuma, indiyədək bəyənməyərək dinləmədiyiniz musiqilərə, seyr etmədiyiniz filmlərə diqqət yetirin. Mütləq sizi maraqlandıracaq nələrsə vardır. Hər hansı yeniliklə məşğul olmaq diqqətinizi payız süstlüyündən dağıdıb, əhvalınızı yaxşılaşdıracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media