Plan keçmədi: Kılıçdaroğlu Qərbdən dəstək almağa çalışır
Yusif Nəzərli
14:29 13.05.2023
Aktual
452
“İncənin geri çəkilməsi Ərdoğanın seçki texnologiyasına xidmət edən komponent idi”
Türkiyədə prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu “Tvitter” hesabında Rusiyaya qarşı ittihamlar səsləndirib. Kılıçdaroğlu siyasətçilərlə bağlı yayılan və montaj olunduğu bildirilən videoların arxasında Rusiyanın olduğunu açıqlayıb. Hətta qeyd edib ki, əgər Rusiya 15 maydan sonra Türkiyə ilə dostluq etmək istəyirsə, əlini türkün dövlətindən çəkməlidir.
Kılıçdaroğlunun bu açıqlaması mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Türkiyədə bəzi ekspertlər iddia edirlər ki, Kılıçdaroğlu prezident seçilərsə, Türkiyənin Rusiya ilə münasibətləri pisləşə bilər. Bu isə Türkiyə iqtisadiyyatına mənfi təsir edə bilər. Xatırladaq ki, daha öncə Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulacağını bildirmişdi. Rəsmi Moskva Kılıçdaroğlunun Rusiya ilə bağlı ittihamlarını rədd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Moskva Ankara ilə münasibətləri yüksək qiymətləndirir. Çünki Türkiyə çox məsuliyyətli, suveren və düşünülmüş mövqe tutur:
"Biz Türkiyə ilə ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk. Çünki Türkiyə Respublikası indiyədək üzləşdiyimiz bir sıra regional və dünya problemləri ilə bağlı çox məsuliyyətli suveren və yaxşı düşünülmüş mövqe tutub. Bu mövqe bizim üçün çox cəlbedicidir. Ancaq dəfələrlə demişik və israr edirik ki, xarici dövlətlərin daxili işlərinə və seçki proseslərinə qarışmırıq. Rəsmən bəyan edirik ki, hər hansı müdaxilədən söhbət gedə bilməz və əgər kimsə cənab Kılıçdaroğluna belə bir məlumat veribsə, deməli, yalançıdır".
Siyasi şərhçi Aqşin Kərimov bildirib ki, cox adam elə düşünür ki, Kamal Kılıçdaroğlu hakimiyyətə gəlsə, Türkiyə-Rusiya münasibətləri qırılma nöqtəsinə qədər gərginləşəcək. Analitikin sözlərinə görə, bu, yanlış düşüncədir:
"Türkiyə bu regionda Rusiya ilə əməkdaşlıqdan qaçmağı məqbul hesab etmir. İki ölkəni birləşdirən müştərək maraqlar var. Hər iki dövlət öz siyasətlərini tarixi təcrübələrdən dərs çıxararaq formalaşdırıb və irəliyə aparıb. Bu öz yerində. Kılıçdaroğlunun Məhərrəm İncənin prezidentliyə namizədlikdən geri çəkilməsindən sonra Rusiyanı ittiham etməsi isə məntiqi fikir doğurur. Əgər Kılıçdaroğlunun dediyi kimi, şantaj videolarının arxasında Rusiya dayanırsa, o zaman diqqət AKP-yə yönəlir.
AKP iqtidarının Rusiya ilə əlaqələrdə yüksəksəviyyəli əməkdaşlığa üstünlük verməsi Moskvanın gözündə Ankaranın çəkisini qaldırır. Əgər Kılıçdaroğlu düz danışırsa, onda İncəyə qarşı kampaniyanın təlimatçısının kim olduğu görünür. Buradan məntiqi bir sonluq çıxır.
İncənin geri çəkilməsi Rəcəb Tayyib Ərdoğanın seçki mənafeyinə uyğundur. Əgər Kılıçdaroğlu düz danışmırsa, o zaman Rusiya amilini ortaya atmaqla CHP-nin tələ qurmaqdakı əməlini ört-basdır etməyə və Qərbdən daha güclü dəstək almağa çalışır. Rusiya amilini kənara qoyaq.
Bəs İncənin geri çəkilməsi əsas rəqiblərdən kimin xeyrinə yarayır? Hesab edirəm ki, Ərdoğan bir qədər yumşaq və soyuqqanlı tövr sərgilədi. Məncə, İncənin geri çəkilməsi Ərdoğanın seçki texnologiyasına xidmət edən komponent idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm