Prezident İlham Əliyev Belçikaya səfər edib - YENİLƏNİB
Yusif Nəzərli
19:23 13.05.2023
Aktual
503
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib.
"Report" xəbər verir ki, dövlətimizin başçısı Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
Söhbət zamanı Azərbaycan Prezidentinin Maroş Şefçoviç ilə bundan əvvəl keçirdiyi görüşləri məmnunluqla xatırlanıb. Cənub Qaz Dəhlizinin uğurla icra olunması işinə Maroş Şefçoviçin verdiyi töhfə qeyd edilib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri kimi onun fəal rolu vurğulanıb.
Maroş Şefçoviç Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsi və səmərəli fəaliyyəti ilə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdırıb.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ötən ilin iyulunda ölkəmizə səfəri və bu səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib. Azərbaycan qazının Avropa İttifaqı məkanına ixracının artırılması prosesinin uğurla icra olunduğu və bu xüsusda aprel ayında Sofiyada imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan qazının Avropa məkanında daha geniş coğrafiyanı əhatə etməsinin önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bərpaolunan enerji istehsalı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib, bu sahənin böyük perspektivlərə malik olduğu bildirilib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığın uğurla davam etdiyi vurğulanıb.
21:22
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçika Krallığına işgüzar səfərə gedib.
"Report"un Brüsselə ezam olunmuş müxbiri xəbər verir ki, dövlət başçısı mayın 13-də Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya