
Putin gələn il prezident postunu itirə bilər!
Putin gələn il prezident postunu itirə bilər!
Yusif Nəzərli
09:17 13.09.2023
Aktual
518
Əgər Ukrayna müharibədə qələbə çalarsa və ərazi bütövlüyünü təmin edərsə, rus elitası sözünü deyəcək
Rusiyada növbəti prezident seçkiləri 2024-cü ilin mart ayında keçiriləcək. 2020-ci ildə keçirilən referendumun nəticələrinə görə, hazırkı Prezident Vladimir Putinin prezidentlik müddətləri sıfırlandığından onun yenidən namizəd olmaq şansı var. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürsə, heç kim onunla rəqabət apara bilməyəcək:
"Putin hələ ki, özünün namizədliyini irəli sürəcəyini açıqlamayıb, amma namizədliyini irəli sürərsə, heç kim onunla rəqabət apara bilməyəcək. Putin əhalinin mütləq dəstəyinə malikdir". Peskov bildirib ki, Kremldə prezident seçkilərinə hazırlıq hələ başlamayıb. Onun sözlərinə görə, qarşıdan gələn prezidentlik kampaniyasının mənasını həm xarici gündəm, həm də Rusiya cəmiyyətinin inkişaf mərhələsi diktə edir. Putin özü prezident seçkilərində namizəd olub-olmayacağına dəqiq aydınlıq gətirməyib. Deyib ki, qanunvericiliyə görə, prezident seçkilərinin keçirilməsi barədə qərarı parlament ilin sonunda qəbul etməlidir: "Qərar qəbul ediləndə, seçkilər və onun tarixi elan olunanda bu barədə danışarıq".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, gələn il keçiriləcək prezident seçkisində V.Putinin yenidən namizəd olmaq şansı var. Analitik vurğulayıb ki, bu məsələ də daha çox Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır:

"Ümumiyyətlə, Rusiyada seçki institutu yoxdur. Seçki elita daxilində baş tutur və formal xarakter daşıyır. Rusiya bir imperiyadır və demokratik seçkilər imperiyanın siyasi maraqlarına uyğun gəlmir. Əgər Ukrayna müharibədə qələbə çalarsa və ərazi bütövlüyünü təmin edərsə, rus elitası, dərin dövlət Putini yenidən prezident postuna gətirməyəcək. Müharibənin davam edəcəyi təqdirdə Kreml rəhbəri öz vəzifəsini qoruyacaq. Putinin siyasi rəqibləri olub, amma onlar ya xaricdə sürgündə, ya da həbsdədir. "Putinin alternativi yoxdur" kimi ifadələr onun əvəzolunmaz şəxs kimi cəmiyyətə sırınmasına hesablanıb. Problem isə ondadır ki, rus cəmiyyəti siyasətdən xeyli uzaqdır və Kremldə gedən oyunlarla maraqlanmır. Cəmiyyətdə hələ də eyforiyalaşmış, imperiyalaşmış düşüncə hökm sürməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media