Putin oxşarı ilə bağlı suala cavab verdi
15:55 18.02.2020
Aktual
405
Artıq 10 ildən çoxdur Rusiya prezidenti Vladimir Putinin oxşarının olması barədə mediada mütəmadi olaraq məlumatlar çıxır. Bəziləri hətta oxşarın bir deyil, altı olduğunu söyləyirlər. “Sui-qəsd nəzəriyyələrini sevənlər”in fikrincə bu dublyorların hər birinin öz üstün cəhəti var: birinin nitq qabiliyyəti, digərinin fiziki göstəriciləri yaxşıdır...
Sonunda deyəsən bu şübhələrə son qoyulacaq. Belə ki, Vladimir Putin hakimiyyətdə qalmasının 20 illiyi münasibətilə TASS-ın 20 sualını cavablandırıb.
Sualları jurnalist Andrey Vandenko ünvanlayıb. Putin “Vladimir Zelenski ilə razılaşmaq olarmı”, “Dmitri Medvedevin baş nazirlikdən istefası barədə kimsə məlumatlı olubmu” kimi sualları cavablandırmaqla yanaşı, özünün oxşarları barədə şübhələrə də nöqtə qoyub. Müsahibə iki gündən sonra agentliyin “YouTube” kanalında yayımlanacaq.
Qeyd edək ki, Putinin oxşarı haqqında şayiələr 2012-ci ildən internetdə yayılmağa başlayıb. Keçən ilin may ayında jurnalist Aleksandr Sotnik Rusiya liderinin “artıq fiziki olaraq həyatda olmadığını” iddia edib və onun əvəzinə insanlara sonsuz sayda olan oxşarlarını göstərdiklərini deyib.
Dünya tarixinə baxdıqda görərik ki, nüfuzlu siyasətçilər bəzən özlərinə oxşayan insanlardan istifadə edirlər. “Sui-qəsd nəzəriyyələrini sevənlər”in arqumentlərindən biri də Putinin hər şeyə vaxt çatdırmasıdır: iclas keçirir, qanun imzalayır və xarici liderlərlə görüşür. Belə təəssürat yaranır ki, o, demək olar yatmır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət