
"Qardaş Yumruğu"nun GİZLİNLƏRİ! – “İran və Ermənistana sətiraltı mesaj...” - AKTUAL
Yusif Nəzərli
13:13 06.12.2022
Aktual
550
Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və digər rəsmilər "Qardaş yumruğu" təlimini izləmək üçün təlim poliqonuna gəliblər.
Məruzə edilib ki, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə qarşılıqlı əlaqədə müxtəlif təlim döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirirlər.
General-polkovnik Z.Həsənov və H.Akarın rəhbərlik etdiyi nümayəndə heyəti, eyni zamanda, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları isə xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər.
Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.
Keçirilən birgə təlimi yüksək qiymətləndirən müdafiə nazirləri təlimin daha da keyfiyyətli təşkili və şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması ilə bağlı müvafiq tövsiyələrini verib.

"Şuşa" bəyannaməsinin ardından Azərbaycan və Türkiyə silahlı qüvvələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini deyən hərbi ekspert Elxan Şıxəliyev "Sherg.az"a vurğulayıb ki, bu müqaviləyə əsasən Azərbaycan ordusu və Türkiyə silahlı qüvvələri bütün təlimlərdə müştərək iştirak edəcək:
"Şuşa bəyannaməsindən sonra Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə keçidi 85 faizə yaxın baş tutdu. İndiki mərhələdə təkcə Hulusi Akar yox qardaş ölkənin bütün növ qoşun komandanları Azərbaycana səfər ediblər. Onlar həm təlimlərə nəzarət edəcəklər, həm də Azərbaycan və Türkiyə arasında hərbi sahədə strateji əməkdaşlığının inkişafına dair məsələlərə toxunacaqlar".
Ekspert qeyd edib ki, Azərbaycanla Türkiyə arasında bu miqyasda hərbi təlimin keçirilməsi və onu izləməyə bu dərəcədə çox yüksək vəzifəli şəxslərin gəlməsi ilk hadisədir:
"Təlimin reallaşdığı məkanla yerlə bizə dost olan və olmayan ölkələrə ciddi mesajlar verilir. Xüsusən də təlimin bizim cənub sərhədlərdə baş tutması, İranın keçən ay keçirdiyi təlimlərə cavab olaraq qiymətləndirilə bilər. Bununla Azərbaycan geosiyasi məkanda tək olmadığını, onun yanında Türkiyə olduğunu nümayiş etdirir.
Elə təlimin də adına baxsaq, bunu şahidi olarıq. "Qardaş Yumruğu" Azərbaycan və Türkiyəyə kim təhlükə yaradarsa, bu yumruq onların başına enə bilər deməkdir.
Bu həm cənub qonşumuza, həm də Ermənistana verilən sətiraltı mesajdır. Həmçinin təlimlərdə paralel olaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsi də yoxlanılacaq.
Bu təlimlərin nəticəsində isə orduların birlikdə döyüş tapşırığını yerinə yetirməyə nə qədər hazır olduğu məlum olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm