“Dövlətlər var, bir çoxkeçidli körpünü, bir şəhərciyi vaxtlı-vaxtında tikib-qurtara bilmir. Hələ müharibədən çıxmış ölkə üçün bu, o qədər də asan məsələ deyil. O da nəzərə alınmalıdır ki, biz, necə deyərlər, adi müharibə etməmişik, ağır işğala son vermişik. Özü də, düşmən yalnız cəbhədə deyil, hər yerdə dağıntıya, ölümə çalışır, şəhərlərimizi, müxtəlif infrastrukturları raket atəşinə tuturdu. Zəfərin ardınca azad olunmuş torpaqlarımız minalarla dolu, xarabazarlıq olaraq çıxdı qarşımıza. Ərazində müharibə getsin, şəhərlərin dağıdılsın, torpağın minalansın və bunun üzərindən 6 ay kimi qısa bir zaman keçəndən sonra quruculuğa başlayasan, bu, unikal işdir. Qarabağda infrastruktur quruculuğu işğalın həmən ardınca başlasa da, məhz Ağdamda şəhərin təməlinin atılması bir başqa hadisədir. Ağdam Ağdam olduğu gün separatizm və işğalçı tör-töküntülərin tabutuna son mismar vurulmuş olacaq. Prezident nəyi, nə zaman, harda və necə etmək lazım olduğunu Ağdamın bərpasına münasibətlə bir daha sübut etdi. Dövlət başçısı Ağdamın tanınmış şəxslərini Baş Planla tanış etdi, onların təkliflərinin də nəzərə alınacağını bildirdi. Bu, çox önəmli məqamdır. Ağdam şəhərinin yenidən qurulmasına 140 illik tarixə malik 1 saylı məktəbdən başlanması da rəmzi məna daşıyır. Bu, gələcək nəsillərə ismarıcdır. Bu, tarixə, irsə xüsusi qayğının ifadəsidir. Başqa sözlə, biz Ağdamın, Qarabağın gələcəyini təhsil, təlim-tərbiyə və elmlə sıx bağlılıqda görürük, Ağdamın, Qarabağın, ümumən ölkəmizin gələcəyini savadlı gənc nəsillərin etibarlı əllərinə təslim edirik. Nadir Çörək Muzeyi də öz qapılarını yenidən işçilərin, heyranların, mütəxəssislər və turistlərin üzünə açacaq. Qapı o qapı, muzey o muzey olmayacaq amma ruh eyni olacaq, qonaqpərvərlik, sənətpərvərlik, çörəyə, çörəkçiyə, alın tərinə sayğı, qayğı həminki olacaq. Ağdam ruhlar şəhəri deyil artıq, ruhdirçəldən şəhər olacaq”.
Qənirə Paşayeva: “Ağdam ruhlar şəhəri deyil artıq, ruhdirçəldən şəhər olacaq”