
Qərbin ikili standartları daha ədalətsiz və qeyri-sabit dünyanın formalaşmasına səbəb olur -ANALİZ
13:16 14.04.2025
Aktual
653
ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında diqqət çəkən əsas məqamlardan biri Qərb dairələrinin Azərbaycana qarşı apardığı gizli və məqsədli fəaliyyətlərin ifşasıdır. Dövlət başçısı açıq şəkildə bəyan edib ki, əvvəllər müxtəlif beynəlxalq təşkilatlar və fondlar vasitəsilə Azərbaycanda daxili sabitliyi pozmağa, ictimai fikrə təsir göstərməyə, hətta hakimiyyətə qarşı çevriliş cəhdlərinə əl atılıb. 2000-ci illərin əvvəlində Azərbaycanın maliyyə axınlarına nəzarət zəif olduğu üçün xarici qurumlar məsələn, Milli Demokratiya İnstitutu və USAID kimi təşkilatlar – bəzi yerli QHT və müxalif qrupları maliyyələşdirməklə ölkədə “narıncı inqilab” yaratmağa cəhd göstəriblər. Prezidentin sözlərinə görə, bu planlar ABŞ-ın müəyyən dövlət dairələrinin birbaşa dəstəyi ilə həyata keçirilib. Bu gün isə vəziyyət dəyişib. Artıq dövlət qrant axınlarına, QHT-lərin fəaliyyətinə və xarici maliyyəyə tam nəzarət edir. Azərbaycana qeyri-qanuni yollarla pul daşınması cəhdləri, o cümlədən Gürcüstan vasitəsilə həyata keçirilən gizli maliyyələşdirmə aşkarlanıb və qarşısı alınıb. Nəticədə bu təşkilatlar və onları dəstəkləyən Qərb mediası Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, cənab Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı zamanı bir daha regional və qlobal reallıqları dərin siyasi təhlillə diqqətə çatdırdı:

“Prezidentin çıxışı təkcə Azərbaycanın milli maraqlarına söykənən siyasi iradəsinin ifadəsi deyil, eyni zamanda beynəlxalq münasibətlərdə mövcud olan ikili standartların, qərəzli yanaşmaların və siyasi riyakarlıqların ifşası kimi dəyərləndirilməlidir. Bu çıxış bir daha göstərdi ki, Qərb dairələrinin Azərbaycana qarşı illərdir həyata keçirdiyi məqsədli təzyiqlər, məkirli planlar və ikili standartlar heç də demokratiya və insan haqları kimi ali prinsiplərə xidmət etmir. Əksinə, bu yanaşmalar, Azərbaycan kimi müstəqil və suveren dövlətin milli maraqlarına qarşı yönəlmiş geosiyasi alətlər kimi istifadə olunur. Xüsusilə, torpaqlarımızın 30 il ərzində işğal altında qalması dövründə Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini daim qoruyub və sülh çağırışları ilə çıxış edib. Lakin Qərb dairələri bu haqlı və ədalətli mövqeyə dəstək vermək əvəzinə, susqunluq nümayiş etdirmiş, Ermənistanın işğal siyasətinə dolayısı ilə legitimlik qazandırmağa çalışmışdır. İndi isə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən, beynəlxalq hüququ real şəkildə təmin etdikdən sonra Qərb mediası və bəzi təşkilatlar ölkəmizə qarşı əsassız hücumlara, qarayaxma kampaniyalarına və dezinformasiya siyasətinə əl atır. Bu isə bir daha sübut edir ki, onların “dəyərlər” üzərindən qurduqları siyasət, əslində, konkret maraqlar və təsir planlarına söykənir”.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyev forumda etdiyi çıxışda bu reallıqları qətiyyətlə ifadə edərək qeyd etdi ki, bu cür yalan və qərəzli yanaşmalar təkcə Azərbaycana qarşı deyil, bütövlükdə beynəlxalq hüququn etibarlılığına və dünya düzəninə qarşı yönəlmiş təhlükədir:
"Qərbin ikili standartları nəticə etibarilə daha ədalətsiz, daha qeyri-sabit və rəngsiz bir dünyanın formalaşmasına səbəb olur. İnsan haqları, demokratiya, söz azadlığı kimi anlayışları yalnız siyasi təzyiq vasitəsi kimi istifadə edən dairələr, bu dəyərləri reallıqda tapdalamaqla ictimai sabitliyə, milli birlik və dövlət suverenliyinə zərbə vurmağa çalışırlar. Lakin Azərbaycan dövləti və cəmiyyəti bu cür təxribatlara qarşı artıq yetkin immunitetə malikdir. Cənab Prezidentin həm ölkədə, həm də beynəlxalq platformalarda etdiyi çıxışlar, o cümlədən ADA Universitetindəki son forumda səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə açıq mesajdır. Azərbaycan nəinki reallıqları dilə gətirir, eyni zamanda riyakarlığın qarşısında siyasi və mənəvi üstünlüyünü qoruyur. Qərbin birtərəfli mövqeyinə qarşı Azərbaycanın obyektiv, hüquqa əsaslanan yanaşması bu gün daha çox beynəlxalq rəğbət və dəstək qazanmaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Fransadakı iğtişaşların əsas səbəbini açıqlayıb
01:20 20.10.2026
Aktual
Bəzi rayonlarda işıq olmayacaq
00:58 20.10.2026
Ölkə
Zəngilanın işğaldan azad edilməsindən 6 il ötür
00:17 20.10.2026
Tarix
Bu münaqişə bütün regiona mənfi təsir göstərir - Səfir
23:58 19.10.2026
Dünya
Sergen Yalçın Türkiyə millisinə rəhbərlik edəcək
22:59 19.10.2026
Futbol
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:44 19.10.2026
Siyasət
Husilər "Saudi Aramco"nun zavodlarına hücum etdilər
22:28 19.10.2026
Gündəm
Azərbaycanda satılan ən bahalı 5 avtomobil - Qiymətlər
21:23 19.10.2026
Maraqlı
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
21:00 19.10.2026
Hadisə
Fransada gərginlik pik həddə: Küçəyə çıxmaq qadağan edildi
20:50 19.10.2026
Dünya
Sürixdən Şanxaya uçan təyyarə Bakıya məcburi eniş edib
20:42 19.10.2026
Hadisə
MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı
20:34 19.10.2026
Hadisə
Niko Kovaç: Biz açıq-aşkar favoritik
20:05 19.10.2026
Futbol
Pezeşkianı Moskvada gözləyirik - Lavrov
19:57 19.10.2026
Region