
Rasmussenin ifşa olunması lap yerinə düşdü
Rasmussenin ifşa olunması lap yerinə düşdü
Yusif Nəzərli
07:54 07.09.2023
Aktual
432
Onun açıqlamaları NATO-nun qlobal geostrateji maraqlarına da ziddir
"Dünya erməniçiliyinə xidmət edən qüvvələrin Azərbaycana qarşı yeni dezinformasiya və qaralama kampaniyasına start verdiyi bir vaxtda Prezidentin köməkçisi Hikmət Hacıyevin NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ermənistan hökumətindən pul almasını ifşa etməsi lap yerinə düşdü".
Bu sözləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Ekspert bildirib ki, bu hadisə əslində yalnız Rasmussenin özünün deyil, bütün ermənipərəst qüvvələrin iç üzünün açılmasına xidmət edir:
"NATO kimi dünyanın ən nüfuzlu hərbi-siyasi təşkilatının keçmiş rəhbərinin erməni lobbisinin "tələ"sinə düşməsi, onun "mükafat" və "qonorar" çirkabına bulaşması həm də dünya erməniçiliyinin əsl mahiyyətini açıb göstərir. NATO-nun rəhbərliyindən gedəndən sonra birmənalı şəkildə ermənilərin "vəkil"inə çevrilən, hər fürsətdə Azərbaycanın əleyhinə açıqlamalar verən Rasmussenin bu "xidmət"lərinə və apardığı ermənipərəst təbliğat kampaniyasına görə Ermənistan hökumətindən pul alması, həqiqətən də, rüsvayçılıqdır. Onun məhz alyansa rəhbərlik etdiyi bir dönəmdə pul müqabilində Ermənistan üçün lobbiçilik etməsi heç bir mənəvi-əxlaqi normalara, siyasi etiket və hərbi kodeks çərçivələrinə sığmır. O, bu hərəkəti ilə əslində bütövlükdə NATO prinsiplərinə və dəyərlərinə tüpürüb".

Analitikə görə, ən pisi də budur ki, Rasmussen Ermənistan adlı "sponsor"unun "malades"ini qazanmaq üçün hər cürə yalanlara, dezinformasiyalara əl atır:
"Hətta yeri gələndə BBC kimi qərəzli, ermənipərəst media qurumuna da istinad edir. O, “BBC” müxbirinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin "ac" vəziyyətinə dair hazırladığı və büsbütün separatçıların söylədikləri böhtanlara, uydurmalara əsaslanan yazıdan sitat paylaşır. "Aclıq", "humanitar fəlakət", "etnik təmizləmə", "blokada" kimi ənənəvi erməni sərsəmləmələrini tirajlayır. Rasmussenin məkrli davranışları şübhəsiz ki, NATO-nun qlobal geostrateji maraqlarına da ziddir. Görünən budur ki, o, alyansın maraqlarını öz maddi mənafeyinə qurban verməklə məşğuldur. Bu baxımdan, NATO-nun hazırkı rəhbərliyi həm Rasmusseni alyansdan aldığı təqaüddən məhrum etməli, həm də onunla bağlı ortaya çıxan danılmaz faktlara, həqiqətlərə münasibət bildirərək lazımi ölçü götürməlidir. Bu, NATO kimi bir təşkilatın öz imicini sağlam tutması üçün də hava-su kimi vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə
Gürcüstanda azərbaycanlı qız öldürüldü - FOTO
17:01 01.07.2026
Hadisə
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm