Regionda stabilliyin olması önəmlidir
Yusif Nəzərli
02:58 31.01.2023
Aktual
504
Türkiyə-Rusiya münasibətlərinin inkişaf etdirilməsi siyasi baxımdan doğru qərar kimi görünür
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Dövlət başçıları arasında ticarət-iqtisadi, ilk növbədə enerji sektorunda əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib. Türkiyədə regional qaz qovşağının yaradılması və Akkuyu AES-in tikintisi kimi strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinin prioritet əhəmiyyəti qeyd edilib.
Həmçinin Ukrayna ətrafında vəziyyətə toxunulub. Rusiya tərəfindən Qərb dövlətlərinin Kiyev rejimini silah və hərbi texnika ilə təchiz edən, əməliyyat məlumatı və hədəf təyinatı ilə təmin edən destruktiv rolu vurğulanıb. Ərdoğanın münaqişənin siyasi həlli üçün Türkiyənin vasitəçiliyinə hazır olması fonunda Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib. Amma bir şərt irəli sürülüb ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələblərə əməl etsin və yeni ərazilərlə bağlı reallıqları nəzərə alsın. Tərəflər Suriyadakı böhranın nizamlanması perspektivlərinə də diqqət yetirib. 2022-ci ilin dekabrında Rusiya, Türkiyə və Suriyanın kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə Moskvada keçirilən müdafiə nazirlərinin görüşünə müsbət qiymət verilib. Putin və Ərdoğan müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə-Rusiya münasibətləri yeni dünya düzənində məcburi şəkildə strateji hal alır. Analitik qeyd edib ki, qarşılıqlı etimad mühitinin formalaşmasını Qərbin hər iki ölkəyə müxtəlif səbəblərdən olan təzyiqinin səbəbi kimi xarakterizə olunmalıdır:
"Bu, istər iqtisadi, enerji daşıyıcıları baxımından, istərsə də siyasi tərəfdən iki ölkənin bir-birilərinə yaxınlaşmasını məcburi edir. Bir sözlə, tərəflər bir-birilərinə möhtacdır. Təbii ki, bu yaxınlaşma müəyyən məsələlərdə haqlı olaraq narazılıqla qarşılanır. Türkiyənin işğalçılıq fəaliyyəti ilə məşğul olan Rusiyaya iqtisadi dəstəyi baxımından yaxşı mənzərə yaratmır. Hesab edirəm ki, hər hansı səbəbdən olursa-olsun, dövlətin də bir prinsipial mövqeyi olmalıdır. Siyasət yürütmək xatirinə işğalçı ölkəyə hər hansı dəstəyin yolverilməz olduğu qənaətindəyəm. Amma bu, böyük siyasətdir və dövlətlər ilk növbədə öz maraqlarından çıxış edirlər".
A.Qasımov bəyan edib ki, Ankaranın Kremllə əlaqələrindəki yaxınlığın region üçün həlledici məqamlarda dividendlər gətirdiyi reallığını da inkar etmək olmaz: "Məsələ ondadır ki, Rusiya ərazicə böyük dövlətdir. Bəli, məhz ərazicə, eyni zamanda böyük təbii ehtiyatlara malik ölkədir. Onun ərazisinin bir ucunda müharibə getməsi digər tərəfindəki qonşularını narahat etməyə bilər. Məsələn, bizim region kimi. Bu baxımdan, Rusiyanın bir ucunda nə işlə məşğul olmasından asılı olmayaraq, bizim regionda stabilliyin olması faktı da reallıqdır. Bu baxımdan, Türkiyənin Azərbaycanla olan xüsusi əlaqələrini nəzərə alaraq Türkiyə-Rusiya münasibətlərinin inkişaf etdirilməsi siyasi baxımdan doğru qərar kimi görünür. Beynəlxalq siyasi proseslərin çətin və həlledici anında region ölkələrinin hər birinin istəyinə uyğun gəlir. Təbii ki, regionun üz qaraları Ermənistan və İran xaric olmaqla. Bu iki ölkənin yürütdüyü yaramaz siyasətin nəhayətdə öz başlarını yeyəcəyi gün artıq yaxınlaşır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm