Rəsmi Moskva Süleymaninin öldürülməsinə reaksiya verdi

Moskva Qasım Süleymaninin qətli ilə əlaqədar İran xalqına səmimi qəlbdən başsağlığı diləyir.

Axar.az xəbər verir ki, bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Moskva Süleymaninin qətlini avantüra kimi dəyərləndirdiyini və bunun bütün regionda gərginliyin artmasına səbəb olacağını bildirib. Bununla bərabər, Süleymaninin sədaqətlə İranın milli maraqlarına xidmət etdiyi vurğulanıb.

Rusiya ilə bərabər Suriya da Süleymaninin qətlini şiddətlə qınayıb.