“Rossiyskaya qazeta” nəşrində Mehriban Əliyevanın müsahibəsi dərc olunub - FOTO
11:55 25.11.2019
Aktual
450
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS İnformasiya Agentliyinə, Rusiyanın nüfuzlu rəsmi qəzeti olan “Rossiyskaya qazeta” nəşrinə və “Rossiya-24” telekanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidentinin müsahibəsi noyabrın 24-də TASS İnformasiya Agentliyinin və “Rossiyskaya qazeta”nın saytlarında yerləşdirilib.
Noyabrın 25-də isə müsahibə geniş oxucu kütləsi olan rəsmi “Rossiyskaya qazeta” nəşrində dərc edilib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibəsində Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın suallarını cavablandırıb, Rusiya Federasiyasına rəsmi səfərindən danışıb, ölkələrimizi möhkəm dostluq və qonşuluq ənənələrinin birləşdirdiyini, Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunduğunu vurğulayıb, həyata keçirilən birgə layihələri qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibədə iki ölkə arasında humanitar sahədə münasibətlərin dərinləşməsi istiqamətində görülən işlərdən, Azərbaycanda rus dilinə və mədəniyyətinə olan diqqətdən, ölkəmizdəki multikultural mühitdən, Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində yaradılan “Azərbaycan” pavilyonundan danışıb. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti müsahibənin sonunda qarşıdan gələn Yeni il bayramı münasibətilə Azərbaycan və rus xalqlarına xoş arzularını çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya