
Rus sülhməramlılarının təxribatı...
Yusif Nəzərli
04:22 30.11.2022
Aktual
590
Azərbaycan Rusiyaya ilk növbədə diplomatik addımlarla cavab verməlidir
"Rusiya Qarabağla bağlı 1988-ci il planlarını tətbiq etməyə çalışır. Buna qətiyyən imkan vermək olmaz. Məsələ kökündən həll olunmalıdır və həlli yolu da hərbi müstəvidən keçir"
Rusiya sülhməramlı qüvvələri Azərbaycana qarşı açıq-aşkar təxribatçı mövqe sərgiləyirlər. Sülhməramlılar onlara Qarabağın yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahı və xəritə verilməsinə baxmayaraq, rəsmi press-relizlərdə Azərbaycana məxsus əraziləri qondarma erməni adları kimi təqdim edirlər. Azərbaycanın Müdafiə Nazirliyi ardıcıl iki dəfə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib.
Bildirilib ki, sülhməramlı kontingentin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. Nazirlik sülhməramlı kontingentin rəhbərliyini yaşayış məntəqələrimizin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırıb. Ekspertlərə görə, Rusiya tərəfi Azərbaycanı qıcıqlandırmaq və Qarabağda vəziyyəti gərginləşdirmək məqsədi ilə qəsdən belə addımlar atır. Qarabağın dağlıq hissəsinin Azərbaycanın ərazi bütövlüyünə daxil olduğu BMT tərəfindən təsdiqlənib. Beynəlxalq səviyyəli parlament assambleyaları da həmin ərazilərin Azərbaycana məxsus olmasını rəsmən qəbul ediblər. Elə Rusiyanın özü də Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir. Xatırladaq ki, bu məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsi Rusiya Dumasının Regional komitəsinə müraciət etməyi qərarlaşdırıb. Komitə sədri, deputat Siyavuş Novruzov deyib ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-dan imzalanmış üçtərəfli bəyanata hörmətsiz yanaşır”. O bildirib ki, Milli Məclisin Regional komitəsi Rusiya Dövlət Dumasının Regional komitəsinə müraciət hazırlayıb: “Onsuz da ermənilər tərəfindən Qərbi Azərbaycanda minlərlə toponimimizin adı dəyişdirilib. Belə olan halda sentyabr ayından bu yana Rusiya sülhməramlılarının Azərbaycan toponimlərinin adını təhrif edərək, separatizmə dəstək verməsi düzgün deyil. Əgər sülhməramlılar funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə sülh yaradanlar lazımdır, separatçı deyil”.

Politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki, Rusiya tərəfi qərəzli hərəkətlərinə bəraət qazandırmağa çalışır. İddia edir ki, guya, onlar sovet xəritələri ilə işləyirlər. Analitikə görə, Moskvanın keçmişə, Sovet dövrünə qayıtmasına ehtiyac yoxdur:
"BMT tərəfindən tanınan Azərbaycan torpaqları eyniylə Rusiya tərəfindən də rəsmən tanınıb. Ona görə də toponimlər ermənilərin uydurma adları ilə deyil, olduğu kimi səslənməlidir. Əslində Rusiya həmin rayonların Azərbaycana aid olduğunu və əsl adlarını çox yaxşı bilir. Sadəcə, öz məqsəd və niyyətlərini ortaya qoyurlar. Azərbaycan Rusiyaya ilk növbədə diplomatik addımlarla cavab verməlidir. Bununla paralel rəsmi Bakı həm ruslara, həm də separatçılara öz əzələlərini də göstərməlidir. Heç kim bizim ərazilər hesabına öz məkrli oyunlarını qura bilməz, qurmamalıdır. Rusiya Qarabağla bağlı 1988-ci il planlarını tətbiq etməyə çalışır. Buna qətiyyən imkan vermək olmaz. Məsələ kökündən həll olunmalıdır və həlli yolu da hərbi müstəvidən keçir. Rusiya sülhməramlılarının nəzarətində olan əraziləri tezliklə öz yurisdiksiyamıza qaytarmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region