Rusiya ən güclü raketini məhv edir

Rusiya iki RS-20V qitələrarası ballistik raketini 2020-ci ilin noyabrında məhv edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks” yayıb. Raketlərin strateji hücum silahlarının ləğvi razılaşması əsasında məhv ediləcəyi vurğulanıb.

Qeyd edək ki, RS-20 Voyevod raketi 1973-cü ildə hazırlanıb və 1975-ci ildə silahlanmaya qəbul edilib. 16 min kilometr məsafədəki hədəfləri məhv edən bilən bu raket dünyanın ən güclü silahı sayılır. Onu Rusiya Silahlı Qüvvələrində Sarmat raketlərinin əvəzləməsi nəzərdə tutulur.