Rusiya Ermənistanı növbəti Ukraynaya çevirəcək
Yusif Nəzərli
13:04 20.10.2023
Aktual
546
Ermənistan xarici siyasətini şaxələndirmək üçün inamlı addımlar atmalıdır. Prioritet vektor dəyişikliyi deyil, xarici siyasətin şaxələndirilməsidir. Bu baxımdan, ilk növbədə, Türkiyə ilə hər cür əlaqəyə girməliyik. Hətta ağrılı güzəştlər və ya nə bilim, cəmiyyətimiz üçün ağrılı ideyalar olsa da, Türkiyə bu prosesdə həyati əhəmiyyət kəsb edir.
Bunu erməni analitik Qagik Kamalyan deyib.
“Xarici siyasətimizi şaxələndirə bilməsək, Rusiya ilə heç vaxt sağlam münasibətimiz olmayacaq”, - o bildirib.
Qagik Kamalyanın sözlərini“Sherg.az”a dəyərləndirən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Rusiya Ermənistandan deyil, Ermənistan Rusiyadan üz çevirib:
“ABŞ başda olmaqla Qərbin təlimatları ilə rəsmi İrəvan Kremlə qarşı addımlar atır. Ermənistanla Rusiya arasında olan münasibətlər hər keçən gün daha da gərginləşir. Son zamanlar Rusiyadan gələn mesajlar onu göstərir ki, bu iki hərbi müttəfiq arasında münasibətlər artıq düşmənçilik həddinə çatıb. Ermənistan mediasında Rusiyanın Ermənistanı növbəti Ukraynaya çevirəcəyi ilə bağlı xəbərlər yayılır. Hətta Rusiyada bəzi deputatlar açıq şəkildə Ermənistanın Rusiyanın quberniyası olacağını bildirir. Bütün bunlar Ermənistanın Rusiyanın tərkibinə qatılma prosesisinin başlanmasından xəbər verir”.
Politoloq Ermənistanın siyasi dairələrini narahat edən əsas məsələlərdən birinin də Rusiya ilə pozulan münasibətlərinin alternativi olaraq daha etibarlı hərbi müttəfiq tapa bilmədiyi olduğunu vurğulayıb:
“Yəni Paşinyan hakimiyyəti öz üzərinə təkbaşına Rusiya ilə uzaqlaşma xətti götürür. ABŞ və Qərb Ermənistana verdiyi vədlərə əməl etmir. Belə şəraitdə Kamalyanın örnək göstərdiyi Türkiyə məsələsi böyük önəm kəsb edir. Çünki Türkiyə pəncərəsi Qərbə daha yaxşı çıxmaq üçün Ermənistan üçün böyük önəm daşıyır. Ermənistan Türkiyə ilə münasibətləri düzəldərsə, bu zaman nəfəs ala bilər. Amma rəsmi İrəvan yaxşı başa düşür ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmağın tək yolu Azərbaycanın şərtləri daxilində sülh sazişini imzalamaqdır. Azərbaycan və Türkiyənin istəyinə uyğun olaraq Zəngəzur dəhlizini açmaq lazımdır. Paşinyan özü də il sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Türkiyə rəsmi dairələri Azərbaycan məmnun olmayana kimi Ermənistanla münasibətləri normallaşdırmaq fikrində deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz