Rusiya XİN: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prioritetimizdir”
Yusif Nəzərli
10:57 30.01.2023
Aktual
343
“Bizi Cənubi Qafqaz respublikaları ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadədə maraqlıdır. Diplomatiyamızın məqsədi də məhz budur”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya XİN-in ötən ilin yekunları ilə bağlı nazir Sergey Lavrovun mətbuat konfransına media tərəfindən göndərilən suallara cavabında bildirilib.
Nazirlikdən regionda yığılıb qalan münaqişə potensialının aradan qaldırılması üçün intensiv işlər görüldüyü, bu baxımdan prioritet vəzifələrdən birinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması olduğu qeyd edilib.
Qurumdan münasibətlərin normallaşmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatlarının təşkil etdiyi vurğulanıb.
“Əminik ki, prosesin uğuru tamamilə bu üçtərəfli müqavilələrə ciddi riayət olunmasından asılıdır”, - deyə XİN-dən əlavə edilib.
Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə isə Rusiya xarici siyasət idarəsindən bildirilib ki, Moskva regional vəziyyətin daha da yaxşılaşmasına töhfə verəcək Ermənistan-Türkiyə əlaqələrinin bərpası üçün perspektivlər açan son hadisələri alqışlayır.
Oxşar xəbərlər
Yeraltı keçidlərdən istifadə etmək artıq mümkün deyil - Memardan təcili qadağa çağırışı
14:22 03.07.2026
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Xəbər lenti
Hamısına bax
Medvedev yeni təhlükəsizlik zolağının keçəcəyi əraziləri açıqlayıb
20:40 04.07.2026
Dünya
Ərdoğan: İsrail ABŞ-İran danışıqlarını pozmağa cəhd edir
20:19 04.07.2026
Gündəm
Rusiyada Putinə qarşı açıq etirazlar başladı
19:36 04.07.2026
Dünya
Ankara NATO Zirvəsinə hazırlaşır: Proqram açıqlanıb
19:33 04.07.2026
Gündəm
Pezeşkian şərt qoydu – “Yerinə yetirilməsə, istefa verəcəm”
19:24 04.07.2026
Region
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya