Rusiya XİN Bülbüloğluna təşəkkür etdi
13:29 27.12.2019
Aktual
410
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Rusiya Xarici İşlər Nazirliyinin (XİN) təşəkkür məktubu verilib. Report-un məlumatına görə, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Moskvada akkreditə olunan xarici ölkələrin səfirləri ilə görüş keçirilib.
Görüşdə Rusiya XİN-in Dövlət Protokolu İdarəsinin rəis müavini Georgi Kuznetsov Azərbaycanın Rusiyadakı səfiri, Moskvadakı diplomatik korpusun duayeni Polad Bülbüloğluna təşəkkür məktubu təqdim edib.
G.Kuznetsov qeyd edib ki, Yeni il ərəfəsində hədiyyələr vermək və konservatoriyaya baş çəkmək adətdir: “Bu, Rusiya Xarici İşlər Nazirliyinin diplomatik korpusa verdiyi bir növ hədiyyədir. Ancaq xüsusi hədiyyə vermək istədiyimiz bir nəfər var. Onsuz həyata keçirdiyimiz tədbirlərin çoxu baş tutmazdı və ya tamamilə fərqli bir atmosfer baş verərdi. Mənə səlahiyyət verilib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkür məktubu təqdim edim”.
Məktubda deyilir ki, keçən il Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə Rusiyanın həm siyasi qurumları, həm də mədəniyyət qurumları ilə fəal əməkdaşlıq şəraitində keçib.
“Bu vacib təşəbbüsə diplomatik korpus üzvlərinin cəlb olunmasında mühüm rol şəxsən özünüzə, eləcə də rəhbərlik etdiyiniz Azərbaycan səfirliyinin heyətinə aiddir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə paytaxtın diplomatik korpusunun həyatında daim parlaq hadisələrə çevrilən mədəni tədbirlərin təşkili və hazırlanmasında göstərilən hər cür köməkliyə görə Sizə təşəkkür edirik. Sizə və bütün səfirliyin işçilərinə cansağlığı, firavanlıq və 2020-ci ildə gələcək peşə uğurları arzulayırıq", - məktubda vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq